Həkimdən "COVİD-19"la bağlı inanılmaz iddia

Həkimdən "COVİD-19"la bağlı inanılmaz iddia

Azərbaycanlı həkim Zülfüqar Yusifov Covid-19 barədə inanılmaz fikirlər irəli sürüb.

"Bir neçə ay öncə xarici jurnallardan birində məqalə çıxdı ki, əslində Uhan şəhərində koronavirusun SARS növünün daha çox yoluxma qabiliyyətinə malik olmasını nəzərə alaraq, onun vaksinini tapmağa çalışıblar. O zaman SARS-ı laboratoriya şəraitində mutasiyaya uğradıblar, ancaq saxlaya bilməyiblər və yayılıb".

BakuCity.az xəbər verir ki, bunu tanınmış həkim Zülfüqar Yusifov deyib.

Həkimdən "COVİD-19"la bağlı inanılmaz iddia, fotoşəkil-1
Həkimdən "COVİD-19"la bağlı inanılmaz iddia, fotoşəkil-1

Zülfüqar Yusifov, SARS, MERS VƏ COVİD-19 viruslarının beta koronavirus ailəsinə aid olduğunu, sadəcə o virusla yeni növ koronavirusun fərqinin yoluxma qabiliyyətinin indi daha çox olduğunu qeyd edib:

"O zamankı virusun öldürücülük qabiliyyəti yüksək idi. SARS və MERS-in öldürücülük qabiliyyəti 11-35% arasında dəyişib. İndiki koronavirusda isə təxminən 1-3% arasındadır. Ancaq onların yoluxma imkanları, yayılma arealı az olub. Ona görə də, təxminən 7-8 min nəfərə yoluxub və dayanıb. Covid-19-un əvvəlkilərdən fərqi çox yayılmasında və az öldürücü olmasındadır”.

COVİD-19-un SARS və MERS kimi bir neçə aya yoxa çıxması ehtimalına gəlincə, Z. Yusifovun fikrincə, bu çox da mümkün deyil:

"Yoluxma miqyasının genişliyi bu ehtimalları azaldır. Yoluxma o qədər çoxdur ki, bir qrup insanda bitir və digərlərinə keçir. Bu minvalla virus uzun müddət davam edə bilər. Yoluxma tezliyinin intensiv olması, bu virusun uzun müddət davam edə biləcəyini düşünməyə əsas verir”. (Yeni Müsavat)

BakuCity.az

Şərhlər

Cəmiyyət
Ermənistan Müdafiə Nazirliyinin açıqlaması. Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Arçrun Ovannisyan Azərbaycan hərbçilərinin Qarabağda Qubadlı şəhərini ələ keçirdiklərini təsdiqləyib. BakuCity.az xəbər verir ki, Ovannisyan bu gün keçirdiyi brifinq zamanı etiraf edib: “Dünən axşam döyüşlərin gedişində rəqib Qubadlını tuta bilib və bəzi istiqamətlərdə irəliləyib”. Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, hərbi əməliyyatlar bir neçə kənd...
Cəmiyyət
Ermənistan ordusunun hərbçiləri arasındakı nizam-intizamsızlığa dair yeni videogörüntü yayılıb. BakuCity.az xəbər verir ki, hərbçilər arasındakı dialoqda əsgərlərin acınacaqlı durumda olduğu, habelə zabit-əzgər münasibətlərindəki qarşıdurmanın ən yüksək həddə çatdığı əks olunur. - Biz 10 gündür ki, bura gəlmişik. Yiyəsiz şəraitdə qalmışıq. - Yiyəsiz olmamısınız! Mən sizin başınızın üstündə olmuşam. - Nə edəcəyimizi bilmirik. - Qaçanda bilməyəcəksiniz də! -...
Cəmiyyət
Son sutkada 8 nəfər COVID-19-dan vəfat edib. Azərbaycanda bu gün koronavirus infeksiyasına 527 yeni yoluxma faktı qeydə alınıb, 131 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 8 nəfər COVID-19-dan vəfat edib. BakuCity.az
Cəmiyyət
Düşmən Tərtəri atəşə tutub. Ermənistan Silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq oktyabrın 26-da Tərtər şəhərini və rayonun kəndlərini artilleriya atəşinə tutub. BakuCity.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir. BakuCity.az
Cəmiyyət
Əmanətlərin Sığortalanması Fondu adından saxta məktublar göndərilir. BakuCity.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata əsasən, Nazirliyin Elektron Təhlükəsizlik Xidməti Ermənistan tərəfinin kiber mühitdə növbəti uğursuz təxribatını qeydə alıb. Belə ki, vətəndaşlara elektron poçt üzərindən göndərilən saxta məktublarda guya 1 noyabr 2020-ci il tarixindən etibarən Əmanətlərin Sığortalanması Fondunun fəaliyyə...
Cəmiyyət
Xəbər verdiyimiz kimi, oktyabrın 25-də koronavirusa yoluxanların sayı kəskin artıb. Belə ki, 946 nəfər koronavirusa yoluxub, 7 nəfər isə dünyasını dəyişib. Yoluxma sayının artmasının qarşısını almaq üçün yenidən "sms icazə" sistemi tədbiq edilə bilərmi? BakuCity.az xəbər verirki, bununla bağlı danışan Adil Qeybulla bildirib ki, yoluxma sayının 946-ya çatması sərt karantin tədbirlərinin görülməsinin zəruriyyətini yaradacaq: "Sərt karantin tədbirləri görülmə...
Cəmiyyət
Laçınla bağlı xoş xəbərlər eşidəcəyik. "Bir sıra məsələlər var ki, onlar operativ şəkildə həll edilməlidir. Lakin döyüçlərin gedişatında təəssüf ki, bəzi ləngimələr olub. O ləngimələrin nədən ibarət olduğunu isə Ali Baş Komandan və Müdafiə Nazirliyi daha yaxşı bildir. Yəqin ki, döyüşlər qələbə ilə yekunlaşdıqdan sonra bu haqda ətraflı məlumat veriləcək". Bu hərbi ekspert Üzeyir Cəfərova dünən Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyi...
Cəmiyyət
Ermənistanın İranla həmsərhəd bölgəsində yerləşən Mehri rayonunda yeni istehkamlar qurulur. BakuCity.az xəbər verir ki, bu barədə məlumat Mehri rayon bələdiyyəsinin "Facebook” səhifəsində paylaşılıb. Məlumata görə, Mehri rayon ərazisində mövqelərin təhlükəsizliyini təmin etmək üçün təkərlərə  ehtiyac var. Rayon sakinlərinə edilən müraciətdə "KAMAZ” markalı yük maşınına aid təkərlərin Mehri şəhərinin Aqarak qəsəbəsindəki  gömrük məntəqəsinin yaxınlığında ye...
Cəmiyyət
Dünyanın ən gözəl papağı – erməni əsgərinin boş qalmış papağıdır.  Bu papaqlar keçən əsrin əvvəlində tayqulaq andraniklərin, njdelərin və  Qarakilsədə Musa babamın valideyinlərini məhv eləyən daşnakların  nəvələrinin bədənlərinə ağırlıq eliyən başlarından düşür. Daha doğrusu, igid zabit və əsgər  qardaşlarım düşürürlər...  Dünyanın ən gözəl  kəndləri isə sırtıq qonaqların çıxarılmasından sonra qaytarılan yaşayış məntələrimizdir – Suqovuşandı, Talışdı, Böyü...