Azərbaycanda dərman qıtlığı var?
“Nəticəsi pozitiv çıxan şəxslər SMS icazə ilə çölə çıxa bilmirlər. Yeni yaradılan sistem buna imkan vermir”.
BakuCity.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
Y.Qarayeva qeyd edib ki, kimsə xəstədirsə, test verməyibsə və nəticəsini bilmirsə, məsuliyyət hiss edib özünü izolyasiya etsin:
“Çünki biz həmin insanlarla bağlı nəsə deyə bilmirik”.
TƏBİB rəsmisi onu da qeyd edib ki, apteklərdə dərman qıtlığı ilə bağlı TƏBİB hər hansı səlahiyyətə malik deyil:
“Bizim üçün önəmli olan xəstəxanalardakı xəstələrin dərman təminatının yüksək səviyyədə təşkilidir”. (report)
BakuCity.az