Qadağanın müddəti sentyabrın 1-dək uzadıldı — RƏSMİ

Qadağanın müddəti sentyabrın 1-dək uzadıldı — RƏSMİ

Qadağanın müddəti sentyabrın 1-dək uzadılıb.

Nazirlər Kabineti "Bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 14 fevral tarixli 42 nömrəli Qərarında dəyişiklik edib.

BakuCity.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, yeni koronavirusla (2019-nCoV) mübarizədə istifadə olunan bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair müddət sentyabrın 1-dək uzadılıb.

Covid-19 infeksiyası ilə mübarizədə ehtiyacların təmin edilməsi məqsədilə siyahısı bu Qərara əlavə olunan malların Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması məhdudlaşdırılıb.

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər