Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BakuCity.az xəbər verir ki, hadisə dünən Qaradağ rayonunda qeydə alınıb.
Sahil qəsəbəsində avtomobil yolu keçən 2011-ci il təvəllüdlü İmanova Zərifə Qənaət qızını vurub.
Yaralı uşaq təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki ayağın sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır. (report)
BakuCity.az