Abşeronda sürücü törətdiyi qəzada xəsarət aldı

Abşeronda sürücü törətdiyi qəzada xəsarət aldı

Abşeronda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BakuCity.az xəbər verir ki, hadisə dünən gecə saatlarında, Xırdalanda qeydə alınıb.

Sürücü, 26 yaşlı Nəbiyev Racib Nəriman oğlu idarəetməni itirib. Nəticədə avtomobil səkiyə çırpılıb, sürücü isə xəsarət alıb.

Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin və başın təpə nahiyəsinin əziyi diaqnozları qoyulub. (report)

BakuCity.az

Şərhlər