Krediti olanların müjdə: BORCLARI DONDURULUR

Krediti olanların müjdə: BORCLARI DONDURULUR

Xüsusi tədbirlər planı tərtib edilib.

“Xüsusi tədbirlər planı tərtib edilib. Bu plana görə, Mərkəzi Bank kommersiya banklarına istehlak kreditləri üzrə ödənişlərin, xüsusən pandemiyanın təsir etdiyi sektorlar üzrə çalışan vətəndaşlar üçün sentyabr ayının 30-dək təxirə salınması və ya cərimə faizinin və dəbbələrin hesablanmamasını tövsiyə edilib”.

BakuCity.az xəbər verir ki, millət vəkili Vüqar Bayramov belə deyib.

V.Bayramlı qeyd edib ki, prosesin tənzimlənməsi isə bank və müştəri arasında aparılır:

“Burada mahiyyət ondan ibarətdir ki, pandemiyanın təsir etdiyi sektorda çalışan vətəndaşımızın istehlak krediti varsa, onu ödəməkdə çətinlik çəkirsə, o zaman banka müraciət edib sentyabrın 30-dək cərimə faizləri və dəbbələrin hesablanmamasını istəyə bilər”.

Millət vəkili həmçinin bildirib ki, artıq pandemiyanın təsir etdiyi sektorda çalışan vətəndaşların bir qismi güzəştlərdən istifadə ediblər.

“Həmin qərar qəbul edilən zaman Banklar Assossasiyası və banklarla məsləhətləşmələr aparılıb. Banklar həmin tədbirlər planının hazırlanmasında iştirak ediblər. Buna görə də vətəndaşlarımızın bir qismi artıq bu güzəştlərdən istifadə edirlər. Kredit götürdükləri banklara müraciət edərək güzəştlərdən faydalana bilirlər". (qazet.az)

BakuCity.az

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər