Azərbaycanda siqaret bahalaşdı

Azərbaycanda siqaret bahalaşdı

Azərbaycanda bütün tütün məmulatlarının qiyməti artırılıb.

BakuCity.az xəbər verir ki, ölkə ərazisində siqaret əvvəlki vaxtlarla müqayisədə 10 qəpik baha satılır. 

"Bir neçə gündür ki, topdansatış mərkəzlərində siqaretin satışı dayandırılmışdı.

Firmalar dünəndən bizə siqaret vermirdilər. Buna görə ehtimal edirdik ki, qiymətlər artacaq. Çünki, topdansatış mərkəzləri həmişə qiymət artımından 2-3 gün əvvəl satışı dayandırırlar", - deyə pərakəndə siqaret satıcıları bildirib. (report)

BakuCity.az

Şərhlər