Bakıda taksi sürücüsü müştərini döyərək qarət etdi

Bakıda taksi sürücüsü müştərini döyərək qarət etdi

Bakıda taksidə müştəri qarət edilib.

BakuCity.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu Xocasən qəsəbəsində baş verib.

Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü R.Bəbişovu sərnişin olduğu taksinin sürücüsü döyərək, mobil telefonunu və 45 manat pulunu quldurluq yolu ilə talayıb.

Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 1990-cı il təvəllüdlü Allahqulu Əzimov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. (trend)

BakuCity.az

https://www.bakucity.az/

Şərhlər