Ticarət mərkəzləri və restoranlar açılacaq? - AÇIQLAMA

Ticarət mərkəzləri və restoranlar açılacaq? - AÇIQLAMA

Ticarət mərkəzləri və restoranlar ayın 5-də açılacaq?

“Koronavirus infeksiyasına yoluxmaların çox olduğu inzibati ərazilərdə tətbiq olunmuş sərt karantin rejimi sayəsində yoluxmaıarın dinamikası sabitləşib. Amma gündəlik yoluxanların sayının 500-ün üstündə qalması, narahatlıq doğurur”.

BakuCity.az xəbər verir ki, bunları millət vəkili Azər Badamov karantin qaydalarının daha da sərtləşdirilməsi ilə bağlı danışarkən deyib.

A. Badamov bildirib ki, yoluxma sayının artması insanların karantin rejiminin tələblərinə məsuliyyətlə yanaşmamasından irəli gəlir:

“İyulun 5-nə qədər bu dinamika 500-ün üstündə qalarsa, sərt karantin rejiminin uzadılması qaçılmaz olacaqdır. Düşünürəm ki, Operativ Qəragah gündəlik vəziyyəti təhlil edərək, düzgün qərar qəbul edəcəkdir”.

A. Badamovun fikrincə, sərt karantin rejimi uzadıldığı halda ticarət mərkəzləri və restoranların bağlı qalması daha məqsədəuyğundur:

“Təhlillər onu göstərir ki, ən çox yoluxmalar "mall" və restoranlarda baş verir. Ona görə də müəyyən müddətə sərt karantin rejiminin tətbiqini bizim həyatımızın təhlükədən qorunması kimi anlamalıyıq və qaydalara hamılıqla əməl etməliyik. Tibbi maskanı qolumuzda və ya çənəmizdə yox, tənəfüs yollarının mühafizəsinə istifadə etməliyik. Həmçinin, sosial məsafə gözlənilməli və şəxsi gigiyenamıza diqqət etməliyik”. (redaktor.az)

BakuCity.az

Şərhlər