Dünyada 10,3 milyondan çox insan koronavirusa yoluxub

Dünyada 10,3 milyondan çox insan koronavirusa yoluxub

Dünyada koronavirusa yoluxma hallarının sayı 10,3 milyonu keçib, 506 mindən çox insan vəfat edib.

BakuCity.az xəbər verir ki, bu barədə Cenevrədə keçirilən brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adрanom Qebreyesus bildirib.

Baş direktorun qeyd etdiyinə görə, Ümumdünya Səhiyyə Təşkilatına 10,3 milyondan çox yoluxma halları, 506 mindən çox insanın öldüyü haqqında məlumatlar gəlib.

T.A.Qebreyesus bildirib ki, son bir həftə ərzində gündə yeni yoluxma hallarının sayı 160 mini keçib.

ÜST-ün rəhbəri bir çox ölkələrdə pandemiya tədbirlərinin ləğv edilməsi səbəbindən koronavirusa yeni yoluxma hallarını aşkar edilməsini istisna etmir.

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər