Bakıda karantin qaydalarını pozan kafe aşkarlandı: 27 nəfər... - FOTO

Bakıda karantin qaydalarını pozan kafe aşkarlandı: 27 nəfər... - FOTO

Bakıda sərt karantin rejimini pozan növbəti obyekt aşkarlanıb.

Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları Nəriman Nərimanov prospektində yerləşən "Əfsanə" kafesində karantin qaydalarına zidd olaraq keçirilən məclisin qarşısını alıb.

BakuCity.az xəbər verir ki, paytaxt polisindən məlumata görə, kafe sahibinin dostu doğum gününü qeyd etmək üçün tanışlarını ora dəvət edib və məclis təşkil ediblər.

Polisin əməliyyatı zamanı məclisin 27 iştirakçısı saxlanılıb. Polis əməkdaşları gələrkən müştərilərin bəzisi pəncərədən qaçmağa da cəhd edib.

Saxlanılan şəxslərin barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi əsasında tədbirlər görülüb, onların hər biri 100 manat məbləğində cərimə olunub. Kafe sahibi ilə bağlı materiallar isə məhkəməyə göndərilib. (apa)

Bakıda karantin qaydalarını pozan kafe aşkarlandı: 27 nəfər... - FOTO, fotoşəkil-1 Bakıda karantin qaydalarını pozan kafe aşkarlandı: 27 nəfər... - FOTO, fotoşəkil-2

BakuCity.az

Şərhlər