Bakıda sabaha gözlənilən hava PROQNOZU

Bakıda sabaha gözlənilən hava PROQNOZU

Bakıda 3 iyulda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.

Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 28-32, Bakıda gecə 20-22, gündüz 30-32 dərəcə isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət 60-70 faiz təşkil edəcək. Abşeron çimərliklərində cənub-şərq küləyi əsəcək.

Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22,Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz İyulun 3-4-də Abşeron yarımadasında sabit hava şəraiti və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

BakuCity.az

Şərhlər