Bakıda qanunsuz fəaliyyət göstərən içki sexi bağlandı - FOTO

Bakıda qanunsuz fəaliyyət göstərən içki sexi aşkarlanıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 34 ünvanında fiziki şəxs İsmayılov İzayət İsmayıl oğluna məxsus alkoqolsuz içkilərin istehsalı sexində yoxlama keçirib.

AQTA-dan BakuCity.az-a verilən məlumata görə, yoxlama zamanı alkoqolsuz içkilərin istehsalı, saxlanması və satışı zamanı sanitar-gigiyena norma və qaydalarının, eləcə də etiket məlumatlarında qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu müəyyən edilib.

Məlum olub ki, istehsalçı fiziki şəxs olsa da, etiketlərin üzərində istehsalçı kimi İ.V.N. MMM və ya rus dilində И.В.Н ООО göstərilib, eyni zamanda istehsalçının ünvanı qeyd edilməyib. Bundan başqa, müəssisədə son istifadə müddəti bitmiş 25 kq-lıq qabda qablaşdırılmış İtaliya istehsalı olan “Caramel colour DS7” əmtəə nişanlı boya, “Tərxun Moskva” etiketləri, istifadə müddəti bitmiş və üzərinə yeni son istifadə müddəti yapışdırılmış “Aqua Mineral” əmtəə nişanlı qazsız içməli sular aşkarlanıb.

Götürülən nümunələrdən laborator analizlər zamanı “Aqua Mineral” əmtəə nişanlı qazsız suda bağırsaq çöpü bakteriyaları aşkar edilib, “Moskovski Kvas” əmtəə nişanlı alkoqolsuz içkidə isə quru maddənin kütlə payı və turşuluq tələblərinə cavab vermədiyi müəyyən olunub.

Qanunvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaq.

BakuCity.az

Şərhlər

Kriminal
Səfir Eldar Həsənovla bağlı qərar verilib. Səbail Rayon Məhkəməsində Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Herseqovinadakı səfiri Eldar Həsənov barəsində istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb. Həmçinin oxu: DTX Səfir Eldar Həsənovu da tutdu BakuCity.az xəbər verir ki, məhkəmədə Eldar Həsənov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. *** Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, B...
Cəmiyyət
"Rayonlara gediş-gəlişin açılması müzakirə edilir”. BakuCity.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. Hikmət Hacıyev bildirib ki, yekun qərarla bağlı məlumat vermək hələ tezdir: "Rayonlarda olan epidemioloji vəziyyət çox incəliyi ilə araşdırılır....
Biznes
Bakıda kafe və restoranların iş saatı açıqlanıb. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində elan edilmiş sərtləşdirilmiş karantin rejimində dəyişiklik haqda qərar qəbul edib. BakuCity.az xəbər verir ki, həmin rayonlarının ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, k...
Hadisələr
Bakının Xətai rayonunda bədbəxt hadisə baş verib. BakuCity.az xəbər verir ki, hadisə Məzahir Rüstəmov küçəsi 4/6 ünvanında qeydə alınıb. 1990-cı il təvəllüdlü Şəmiyeva Ayşən Rafiq qızı yaşadığı mənzilin eyvanında paltar asarkən yıxılıb.A.Şəmiyeva hadisə yerində ölüb. Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır. (apa) BakuCity.az
Cəmiyyət
Gömrük ərazisindən aparılması məhdudlaşdırılan malların siyahısı təsdiqlənib. Sentyabrın 1-dək COVID-19 infeksiyası ilə mübarizədə ehtiyacların təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması məhdudlaşdırılan malların siyahısı təsdiqlənib. BakuCity.az xəbər verir ki,  Nazirlər Kabineti bununla bağlı "Bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər ha...
Cəmiyyət
Bu gün saat 11:00-da Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi keçiriləcək. BakuCity.az xəbər verir ki, brifinqdə koronavirus pandemiyası ilə bağlı hazırkı sanitar-epidemioloji vəziyyət, xəstəliyin yayılma dinamikası, karantinin sərtləşdirilməsi və yumşaldılması ilə bağlı vacib məsələlər müzakirə olunacaq. Brifinqdə jurnalistləri maraqlandıran suallara aydınlıq gətiriləcək.  BakuCity.az
Cəmiyyət
Milli Televiziya və Radio Şurasının videoformatda iclası keçirilib. BakuCity.az xəbər verir ki, iclasda 1-10 avqust 2020-ci il tarixlərində ümum-ölkə televiziya kanallarının monitorinqinin nəticələri müzakirə olunub.  Avqustun 5-də  “Xəzər” televiziya kanalının efirində saat 18.00 – 19.00 arası müddətdə 16 dəqiqə 50 saniyə reklam yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 35.7-ci maddəsinin tələbləri pozulub...
Cəmiyyət
Eldar Həsənov kimdir? Xəbər verdiyimiz kimi, Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Maliyyə yoxlamaları zamanı onun tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Həmçinin oxu: DTX Səfir Eldar Həsənovu da tutdu Eldar Həsənov 1955-ci ildə Kəlbəcərin Laçı...
Siyasət
Rusiyanın Ermənistana silah verməsi tənqid olunub. Regionda sabitliyin və inkişafin mərkəzi olan Azərbaycanın torpaqlarının 20 %-i Ermənistanın işğalı altındadır. Azərbaycanın illərdir çözülməyən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün göstərdiyi diplomatik səylərin müqabilində, işğalçı Ermənistan yalnız təxribatçı addımlarla gündəmə gəlir. Özü də cəbhə xəttində yox, Azərbaycan-Ermənistan dövlət sərhədində. Təbii ki, Ermənistanın regionda sabitliyi...