Koronavirus testinin cavabı gecikən şəxslər nə etməlidir? - AÇIQLAMA

Koronavirus testinin cavabı gecikən şəxslər nə etməlidir? - AÇIQLAMA

Koronavirusla bağlı test verən şəxslərin analizlərinin "E-TƏBİB" proqramı vasitəsilə alınmasında problem yaşanıb.

BakuCity.az xəbər verir ki, test edilən şəxslərə analizlərin cavabı gəlmir və ya onların test olunmadığı məlumatı gəlir. Bu cür hallar vətəndaşlar arasında çaşqınlıq yaradır.

E-tebib layihəsinin rəhbəri Fuad Niftəliyev Trend-ə açıqlamasında faktı təstiqləyib.

F. Niftəliyev bildirib ki, hazırda problemin həlli istiqamətində işlər görülür:

"Əslində bu problem "E-TƏBİB"dən asılı olmayan məsələdir. Analizlərin cavablarını test götürən laboratoriyalar vaxtında çatdıra bilmirlər. Ona görə də həmin cavablar "E-TƏBİB"in bazasına yüklənmədiyindən vətəndaşlara yanlış cavablar verilir. Artıq bu problemin aradan qaldırılması ilə bağlı ciddi tədbirlər görülür. Hazırda pozitiv cavablar dərhal bazaya yüklənilir və vətəndaşa bu barədə məlumat verilir. Cavab gəlməyən və ya testdən keçmədiyi deyilən şəxslərin isə çox güman ki, test cavabları neqativdir. Neqativ cavabların bazaya yüklənməsində gecikmələr davam edir. Çalışırıq ki, qısa zamanda bu problemi də aradan qaldıraq".

F. Niftəliyev bildirib ki, test cavabları gəlməyən şəxslər hələlik problem həll olunana qədər analiz verdikləri laboratoriyalarla əlaqə saxlasınlar.

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər