“Valyuta bazarında təlatüm yaşanarsa, növbəti il üçün bütün məsələlərə yenidən baxmaq zərurəti yaranacaq”.
BakuCity.az xəbər verir ki, bunu koronavirus pandmeiyasının ölkə iqtisadiyyatına vurduğu zərərlərə münasibət bildirən iqtisadçı Pərviz Heydərov deyib.
P. Heydərovun fikrincə, hazırki şəraitdə proqnozlaşdırılan büdcə gəlirləri ciddi təzyiq altındadır:
“Pandemiyanın ölkə iqtisadiyyatına vurduğu ziyanın məbləğini dəqiq söyləmək hələ mümkün deyil. Proses davam edir və nə vaxt bitəcəyi bilinmir. Ona görə də hökumət əlində olan ehtiyatlardan hələlik istifadə etmir. Vəziyyət getdikcə daha da müərəkkəbləşə bilər. Valyuta bazarında təlatüm yaşanarsa, növbəti il üçün bütün məsələlərı yenidən baxmaq zərurəti yaranacaq. Bu isə asan məsələ deyil".
İqtisadçı hesab edir ki, “kölgə iqtisadiyyatı”na qarşı keçən il başlanılan müvafiq mübarizə tədbirlərinin davam etdirilməsi müsbət haldır:
"Yəni, qeyri-leqal dövriyyədən vəsait cəlbi prosesi hələ dayanmayıb, amma artıq bütün istiqamətlər üzrə imkanlar tükənir. Yayın növbəti iki ayını birtəhər yola verə bilsək də, mövcud vəziyyət sentyabr-oktyabr-noyabr aylarında da davam edərsə, ehtiyatları təcili olaraq işə salmaq lazım gələcək. Bu isə birmüddətlik effektiv xarakter daşıyacaq”. (yenicag.az)
BakuCity.az