Məzuniyyətə çıxıb rayona getmək istəyənlərin nəzərinə: DYP-nın AÇIQLAMASI

Məzuniyyətə çıxıb rayona getmək istəyənlərin nəzərinə: DYP-nın AÇIQLAMASI

Azərbaycanda yay fəsli ilə bağlı iş sektorunda kütləvi məzuniyyətə çıxmalara başlanılıb.

Koronavirus pandemiyasına görə beynəlxalq uçuşlar dayandırılıb, ölkənin sərhədləri bağlıdır, vətəndaşlar xaricə səfər edə bilmir. Daxildə isə artıq 15 ərazi vahidində sərt karantin rejimi tətbiq edilir.

Bəs görəsən Bakıda işləyib rayon qeydiyyatı olan və məzuniyyətə çıxan şəxslər bölgələrə səfər edə bilərmi?

BakuCity.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polis polkovniki Kamran Əliyev mövzu ilə bağlı açıqlama verib.

K. Əliyev qeyd edib ki, Bakı sərt karantin rejimində olduğu üçün girişə və çıxışa məhdudiyyətlər tətbiq edilir:

“Rayon qeydiyyatı olub Bakıda işləyənlərin də çıxışına məhdudiyyət tətbiq edilir. Çünki insanlar rayon qeydiyyatıdır deyə həmin bölgəyə gedir, sonra da Bakıda işlədiyi üçün geriyə qayıdır. Bununla da karantin rejimində olan Bakıdan virusu digər bölgələrə yayır. Asimptomatik və ya xəstəliyi yüngül keçirənlər bu məsələdə daha təhlükəlidirlər. Ona görə də Bakıda işləyib qeydiyyatda olduğu rayona gedənlərə də məhdudiyyətlər tətbiq edilir".

K.Əliyev bildirib ki, Bakıdan çıxışa yalnız zərurət olan hallarda - kənd təsərrüfatı ilə məşğul olanlar, yaxud xidməti fəaliyyətlə bağlı ezamiyyətə gedənlərə icazə verilir. (qafqazinfo)

BakuCity.az 

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər