Həftəsonu fərdi avtomobillərin və taksilərin fəaliyyətinə icazə verilir? — RƏSMİ

Həftəsonu fərdi avtomobillərin və taksilərin fəaliyyətinə icazə verilir? 

Xəbər verdiyimiz kimi, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılıb.

BakuCity.az xəbər verir ki, Nazirlər Kabineti yanından Operativ Qərargahdan verilən məlumata görə, 2020-ci il 4 iyul saat 00:00-dan 20 iyul saat 06:00-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.

Eyni zamanda xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda aşağıdakı tarixlərdə həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır (4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək; 11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək; 18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək).

Qərar ictimai nəqliyyatın fəaliyytinə şamil olunsa da, vətəndaşlar həftəsonu fərdi nəqliyyat vasitələrindən və ya taksilərin fəaliyyətindən istifadə edib-edə bilməyəcəkləri ilə bağlı narahat olub.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevlə e-huquq.az-a açıqlamasında bildirib ki, Nazirlər Kabineti Operativ Qərargahın tətbiq etdiyi qadağalar ictimai nəqliyyatla bağlıdır və taksilərin fəaliyyətinə tətbiq olunmayacaq.

Şöbə rəisi həmçinin, maşında tək olan sürücünün tibbi maskadan istifadəsinin məcburi olub-olmaması barədə sualı da cavablandırıb. K.Əliyev qeyd edib ki, şəxsi maşında maskanın taxılması məcburi deyil və inzibati məsuliyyət yaratmır.

“Ailə üzvləri ilə birgə olanların da maska taxmasının bir əhəmiyyəti yoxdur. Çünki onlar bir evdə yaşayanlardır. Onların bir-birini yoluxdurmaq ehtimalı nə qədər yüksəkdirsə, bir o qədər də sıfıra bərabərdir. Yəni, əgər yoluxmayıblarsa. Amma kənar şəxslər olduqda, sürücü özü məsuliyyətli olmalıdır. Düşünməlidir ki, bu, mənim iş yoldaşımdır, qonşumdur və ya qohumumdur, mən onu yoluxdura bilərəm, yaxud o məni yoluxdura bilər. İnsan özü bunu düşünüb maskadan istifadə etməlidir. Bu, artıq sosial izolyasiya məsafəsinin pozulmasıdır”, – deyə K.Əliyev qeyd edib.

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Kriminal
Səfir Eldar Həsənovla bağlı qərar verilib. Səbail Rayon Məhkəməsində Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Herseqovinadakı səfiri Eldar Həsənov barəsində istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb. Həmçinin oxu: DTX Səfir Eldar Həsənovu da tutdu BakuCity.az xəbər verir ki, məhkəmədə Eldar Həsənov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. *** Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, B...
Cəmiyyət
"Rayonlara gediş-gəlişin açılması müzakirə edilir”. BakuCity.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. Hikmət Hacıyev bildirib ki, yekun qərarla bağlı məlumat vermək hələ tezdir: "Rayonlarda olan epidemioloji vəziyyət çox incəliyi ilə araşdırılır....
Biznes
Bakıda kafe və restoranların iş saatı açıqlanıb. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində elan edilmiş sərtləşdirilmiş karantin rejimində dəyişiklik haqda qərar qəbul edib. BakuCity.az xəbər verir ki, həmin rayonlarının ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, k...
Hadisələr
Bakının Xətai rayonunda bədbəxt hadisə baş verib. BakuCity.az xəbər verir ki, hadisə Məzahir Rüstəmov küçəsi 4/6 ünvanında qeydə alınıb. 1990-cı il təvəllüdlü Şəmiyeva Ayşən Rafiq qızı yaşadığı mənzilin eyvanında paltar asarkən yıxılıb.A.Şəmiyeva hadisə yerində ölüb. Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır. (apa) BakuCity.az
Cəmiyyət
Gömrük ərazisindən aparılması məhdudlaşdırılan malların siyahısı təsdiqlənib. Sentyabrın 1-dək COVID-19 infeksiyası ilə mübarizədə ehtiyacların təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması məhdudlaşdırılan malların siyahısı təsdiqlənib. BakuCity.az xəbər verir ki,  Nazirlər Kabineti bununla bağlı "Bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər ha...
Cəmiyyət
Bu gün saat 11:00-da Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi keçiriləcək. BakuCity.az xəbər verir ki, brifinqdə koronavirus pandemiyası ilə bağlı hazırkı sanitar-epidemioloji vəziyyət, xəstəliyin yayılma dinamikası, karantinin sərtləşdirilməsi və yumşaldılması ilə bağlı vacib məsələlər müzakirə olunacaq. Brifinqdə jurnalistləri maraqlandıran suallara aydınlıq gətiriləcək.  BakuCity.az
Cəmiyyət
Milli Televiziya və Radio Şurasının videoformatda iclası keçirilib. BakuCity.az xəbər verir ki, iclasda 1-10 avqust 2020-ci il tarixlərində ümum-ölkə televiziya kanallarının monitorinqinin nəticələri müzakirə olunub.  Avqustun 5-də  “Xəzər” televiziya kanalının efirində saat 18.00 – 19.00 arası müddətdə 16 dəqiqə 50 saniyə reklam yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 35.7-ci maddəsinin tələbləri pozulub...
Cəmiyyət
Eldar Həsənov kimdir? Xəbər verdiyimiz kimi, Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Maliyyə yoxlamaları zamanı onun tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Həmçinin oxu: DTX Səfir Eldar Həsənovu da tutdu Eldar Həsənov 1955-ci ildə Kəlbəcərin Laçı...
Siyasət
Rusiyanın Ermənistana silah verməsi tənqid olunub. Regionda sabitliyin və inkişafin mərkəzi olan Azərbaycanın torpaqlarının 20 %-i Ermənistanın işğalı altındadır. Azərbaycanın illərdir çözülməyən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün göstərdiyi diplomatik səylərin müqabilində, işğalçı Ermənistan yalnız təxribatçı addımlarla gündəmə gəlir. Özü də cəbhə xəttində yox, Azərbaycan-Ermənistan dövlət sərhədində. Təbii ki, Ermənistanın regionda sabitliyi...