Azərbaycanda koronavirusun ikinci dalğasının başlayacağı vaxt AÇIQLANDI

Azərbaycanda koronavirusun ikinci dalğasının başlayacağı vaxt AÇIQLANDI

Azərbaycanda koronavirusun ikinci dalğasının başlayacağı vaxt açıqlanıb.

"Ekspertlər payız aylarına ciddi hazır olmağımızı tövsiyə edirlər. Çünki bu zaman digər mövsümi xəstəliklər aktivləşir. Bu da COVID-19 simptomlarına oxşardır”.

BakuCity.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Ramin Bayramlı bildirib ki, diqqətli olunmasa vəziyyət ciddiləşə bilər: "Nə qədər ciddi karantin rejimi olsa da, xəstəxana sayı artsa da, vətəndaş məsuliyyəti olmadan virusun qarşısını almaq mümkün deyil. Ona görə də hamılıqla birlikdə vaksin tapılana qədər qoyulan qaydalara ciddi əməl edək”.

TƏBİB sədrinin sözlərinə görə, Oğuz, Xızı, Ucar, Daşkəsən, Yardımlı və Zərdabda vəziyyət qənaətbəxşdir: "Sarı zonaya daxil olan Salyan, Neftçala, Astara, İsmayıllı, Ağcabədi və Biləsuvar riskli rayonlar hesab edilir". 

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər