Operativ Qərargah özü karantin qaydalarını pozdu — FOTO

Operativ Qərargah özü karantin qaydalarını pozdu — FOTO

Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvləri karantin rejimi qaydalarını pozublar.

BakuCity.az xəbər verir ki, qərargahın dünənki brifinqində iştirak edən Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri Ülvi Mehdiyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı, Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov tibbi maskadan istifadə etməyiblər.

Onlar buna görə sosial şəbəkədə də tənqid ediliblər. Bildirilib ki, qapalı məkanlarda maska taxılması zəruridir.

Xüsusi olaraq qeyd olunub ki, Prezident İlham Əliyev özü qapalı yerlərdə tibbi maskadan istifadə edir. Dövlət başçısı bununla bağlı bir neçə dəfə çağırış edib, vətəndaşları qaydalara riayət etməyə dəvət edib. (pravda.az)

Operativ Qərargah özü karantin qaydalarını pozdu — FOTO, fotoşəkil-1

BakuCity.az

Şərhlər