Bakı Limanından keçən daha bir qatar Ankaraya çatdı

Bakı Limanından keçən daha bir qatar Ankaraya çatdı

Bakı Limanından keçən daha bir qatar Ankaraya çatıb.

Çinin Sian şəhərindən çıxan və Türkiyənin İstanbul şəhərinə istiqamətlənmiş 43 konteynerdən ibarət blok qatarı bu gün qonşu ölkənin paytaxtı Ankaraya çatıb.

Bu barədə BakuCity.az "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-yə (Bakı Limanı) istinadən xəbər verir.

Xatırladaq ki, sözügedən qatar iyunun 30-da, 6 saat ərzində Bakı Limanında aşırılıb. Qatarla Çin istehsalı olan elektronika məhsulları göndərilib. Yükdaşımanın operatoru Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu konsorsiumunun üzvü, "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) törəmə müəssisəsi "ADY Konteyner" MMC-dir.

Bu, Sian-İstanbul marşrutu üzrə hərəkət edən ikinci belə bir karvandır. "Xi'an Free Trade Port Construction and Operations" logistik platformanın təşkil etdiyi blok qatarı mütəmadi olaraq Çindən Türkiyəyə yük daşıyacaq.

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər