Bakıda adgünü keçirib video yayan qadınlar saxlanıldı - FOTO

Bakıda adgünü keçirib video yayan qadınlar saxlanıldı - FOTO

Bakıda sərt karantin rejiminin pozulması ilə müşayiət olunan ad günü şənliyi keçirilib.

Paytaxtın Xəzər rayonunda istirahət mərkəzlərindən birində xüsusi karantin rejiminin qaydalarına zidd olaraq, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət  olunan ad günü şənliyinin iştirakçıları müəyyən olunaraq saxlanılıb.  

BakuCity.az xəbər verir ki, bununla bağlı Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə ad günü şənliyindən yayılan görüntülərdə əks olunan şəxslər müvafiq polis bölməsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunub. 

Onların diqqətinə çatdırılıb ki, onların hərəkətləri epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarına ziddir. 

Saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb olunublar. (sfera.az)

Bakıda adgünü keçirib video yayan qadınlar saxlanıldı - FOTO, fotoşəkil-1

BakuCity.az

Şərhlər