Bakıda bir qrup vətəndaş etiraz aksiyası keçirib.
BakuCity.az xəbər verir ki, bağlanan 4 bankın müştəriləri onların əmanətlərinin bu günə kimi verilmədiyini bildiriərək Mərkəzi Bankın qarşısında etiraz aksiysası keçiriblər.
Onlar bildirib ki, pullarını müxtəlif bəhanələrlə ödəməkdən imtina edirlər. 50-dək vətəndaş Mərkəzi Bankdan onların qəbul edilməsini tələb edib. Əraziyə polis əməkdaşları cəlb olunub.
Onlar vətəndaşları karantin qaydalarının pozmamağa dəvət edib. Polis etiraz edən vətəndaşlarla nəzakətlə davranıb. (oxu24.com)