Bakıda kriminal avtoritetin öldürülmə anı - VİDEO

Bakıda kriminal avtoritetin öldürülmə anı - VİDEO

Bakıda kriminal avtoritetin öldürülmə anının görüntüləri yayılıb. 

Xəbər verdiyimiz kimi, iyulun 2-də saat 23 radələrində Suraxanı rayonu ərazisində 1979-cu il təvəllüdlü Mail Mustafayevin bıçaqlanaraq öldürülməsi barədə daxil olan məlumat əsasında dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

BakuCity.az xəbər verir ki, faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla hadisənin zərərçəkmişin tanışı, 1989-cu il təvəllüdlü Aslan Sadıqov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib

Hazırda Aslan Sadıqovun yerinin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xatırladaq ki, hadisə zamanı öldürülən Mail Mustafayev kriminal avtoritet olub. O,  kriminal aləmdə "Hövsanlı Mayıl”, "Mayıl Naxçıvanski” kimi tanınıb.

Qeyd edək ki, Mail Mustafayevin qətlə yetrildiyi həmin məqamın görüntülərini APA əldə edib. 

BakuCity.az

Şərhlər