Azərbaycanda daha 8 nəfər koronavirusdan vəfat etdi

Azərbaycanda daha 8 nəfər koronavirusdan vəfat etdi

Azərbaycanda daha 513 nəfər koronavirusa yoluxub, 8 nəfər vəfat edib.

Azərbaycanda 513 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 440 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə ümumilikdə 20 837 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 12 182 nəfər müalicə olunaraq sağalıb, 258 nəfər vəfat edib, 8 397 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 240, ötən müddət ərzində isə ümumilikdə 522 773 test aparılıb.

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər