Bakıda xidmətdə olan hərbi qulluqçuya hörmətsizlik edən şəxs saxlanıldı - VİDEO

Bakıda xidmətdə olan hərbi qulluqçuya hörmətsizlik edən şəxs saxlanıldı - VİDEO

Hərbi qulluqçuya hörmətsizlik edib sosial şəbəkələrdə yayan şəxs müəyyən olunaraq saxlanılıb. 

Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsində xidmət aparan hərbi qulluqçunun qanuni tələblərinə rişxəndlə yanaşaraq, hörmətsizlik nümayiş etdirən və bu hərəkətlərini mobil telefon vasitəsilə qeydə alaraq sosial şəbəkələrdə yayan şəxs müəyyən olunaraq saxlanılıb.

BakuCity.az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, Qaradağ rayon sakini, 1986-cı il təvəllüdlü Orucəli Zərbəliyev Qaradağ RPİ 10-cu Polis Bölməsinə dəvət olunaraq, onun barəsində araşdırmalara başlanılıb.

Araşdırmanın nəticəsindən asılı olaraq, onun əməlinə hüquqi qiymət veriləcək.

BakuCity.az

Şərhlər