İyulun 20-dən sonra Azərbaycanda toyların keçirilməsinə icazə veriləcək? - AÇIQLAMA

Azərbaycanda toyların keçirilməsinə icazə veriləcək?

Xəbər verdiyimiz kimi 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində xüsusi karantin rejimi tədbiq edilir.

İyulun 20-dən sonra karantin rejiminin mərhələli şəkildə yumşaldılması gözlənilir. İyulun 20-dən sonra Azərbaycanda toyların keçirilməsinə icazə verilə bilərmi?

BakuCity.az xəbər verir ki, bununla bağlı Azərbaycanın baş infeksionisti Cəlal İsayev danışıb.

C. İsayev bildirib ki, gənclərimiz ömürlərində bir dəfə toy edirlər:

"Mən inanmıram ki, onlar toylarında 50 nəfərin iştirak etməsinə razı olsunlar. Ən önəmlisi isə tələb olunan sosial məsafə qorunsun. Türkiyədə toylarda 1 metr ağac tutub ara məsafəsi qoyaraq yallı gedirlər. Əlbəttə buna heç kim razı olmaz. Məcbur olan kiçik məclis düzəldə bilər. Əlbəttə orada təhlükə var.

Onda da gərək tələb olunan qaydalar gözlənilsin. İnanmıram ki, iyulun 20-dən sonra toyların keçirilməsinə icazə verlsin. Gənclər səbrli olub bir az da gözləsinlər. Vəziyyət stabilləşəndən sonra toylarını etsinlər. Çünki koronavirusun daha çox yayıldığı yerlər toy və yas mərasimləridir. Kütləvi şəkildə insanlar bir yerə toplaşır. İnsanlar toyda maskadan istifadə etməyi yaddan çıxararlar. Bu gün çoxusu elə yasda yoluxurlar. Ona görə də tezliklə toyların keçirilməsinə icazə veriləcəyini güman etmirəm". (sonxeber.az)

BakuCiy.az

Şərhlər

Cəmiyyət
Eldar Həsənov kimdir? Xəbər verdiyimiz kimi, Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Maliyyə yoxlamaları zamanı onun tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Həmçinin oxu: DTX Səfir Eldar Həsənovu da tutdu Eldar Həsənov 1955-ci ildə Kəlbəcərin Laçı...
Siyasət
Rusiyanın Ermənistana silah verməsi tənqid olunub. Regionda sabitliyin və inkişafin mərkəzi olan Azərbaycanın torpaqlarının 20 %-i Ermənistanın işğalı altındadır. Azərbaycanın illərdir çözülməyən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün göstərdiyi diplomatik səylərin müqabilində, işğalçı Ermənistan yalnız təxribatçı addımlarla gündəmə gəlir. Özü də cəbhə xəttində yox, Azərbaycan-Ermənistan dövlət sərhədində. Təbii ki, Ermənistanın regionda sabitliyi...
Siyasət
Bakı və Ankaranın Qarabağ planı... “Türkiyə-Azərbaycan yaxınlaşması Rusiyanı qıcıqlandıracaq, öz ənənəvi siyasətini davam etdirəcək. Amma bu, əbədi olaraq belə qala bilməz. Rusiya buradakı maraqlarını güdürsə, o zaman bir sıra amillə hesablaşmalıdır”. Keçmiş diplomat, politoloq Fikrət Sadıqov belə düşünür. BakuCity.az  Fikrət Sadıqovun müsahibəsini təqdim edir. - Türkiyə və Azərbaycandan qarşılıqlı səfərlərin sayı artıb, elə bu günlərdə birgə irimiqyaslı h...
Siyasət
Rusiya son bir aya yaxın vaxtda fasiləsiz olaraq Ermənistana 400 tondan çox müasir hərbi texnika və vasitələr hədiyyə edib. BakuCity.az xəbər verir ki, bu proses Tovuzda aktiv döyüşlərin başladığı bir vaxtda başlayıb və hərbi yüklər Ermənistana gizli şəkildə çatdırılıb. Bütün bunlar isə Azərbaycanın Rusiya ilə əlaqələrə böyük diqqət ayırdığı, bu ölkədə böyük investisiya layihələri icra etdiyi bir vaxtda reallaşıb. Prezident İlham Əliyev Rusiya prezidenti i...
Cəmiyyət
Avqustun 13-də keçirilən qəbul imtahanlarının nəticələri açıqlanıb. Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanında istifadə olunan test tapşırıqlarının düzgün cavablarını açıqlayıb. BakuCity.az  II və III ixtisas qrupları üzrə qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavablarını (Azərbaycan və rus bölmələri) təqdim edir: II ixtisas qrupu (Azərbaycan bölməsi); II ixtisas qrupu (rus bölməsi);...
Kriminal
"Maqa" ləqəbi ilə tanınan Məhərrəm Hüseynov öldürülüb. Ukrayna paytaxtı Kiyevin Desnyanskiy rayonunda kriminal aləmdə "Maqa" ləqəbi ilə tanınan, Azərbaycan vətəndaşı, 1994-cü il təvəllüdlü, əslən Bakıdan olan Hüseynov Məhərrəm İzzət oğlu öldürülüb. BakuCity.az xəbər verir ki, hadisə rayon ərazisindəki bazarların biri ilə bağlı mübahisə zəminində baş verib. Artıq Desnyanskiy rayon polisi hadisəni törətməkdə şübhəli bilinən 4 nəfəri saxlayıb və rayon məhkəmə...
Cəmiyyət
BŞİH əhaliyə xəbərdarlıq edib. Avqustun 15-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq. Bu barədə BakuCity.az-a  Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib. "Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq...
Cəmiyyət
Karantin qaydalarına uyğun olaraq əhaliyə növbəti dəfə xəbərdarlıq edilib. Xüsusi karantin rejimi qaydalarına uyğun olaraq 15 avqust gecə 00:00-dan 17 avqust səhər saat 06:00-dək müntəzəm və ekspress xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq. BakuCity.az xəbər verir ki,bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. Bildirilib ki, 15 və 16 avqust tarixlərində isə müntəzəm və ekspress xətlər üzrə avtobuslar adi rejimdə fəaliyyə...
Cəmiyyət
Təhsil naziri Emin Əmrullayev vətəndaşlara müraciət edib. "COVİD-19 pandemiyası şəraitində növbəti tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin bərpası ilə bağlı hazırlanmış təkliflərə görə Azərbaycan Respublikasının Təhsil İnstitutuna təşəkkürümü bildirirəm". BakuCity.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bildirib. Emin Əmrullayev qeyd edib ki, qərarların verilməsində elmi tədqiqatlara əsaslanmaq verilən qərarların səmərəliliyini art...