Şöhrət Eyvazov: Cəbhə jurnalistləri səngər adamlarıdır

Koronavirusun demək olar ki, hər şeyi unutdurduğu və ya fona keçirdiyi bir dövrdəyik. Amma  unutmalı olmadığımız  bir yer var – CƏBHƏ  XƏTTİ.

Azərbaycanın Ermənistanla cəbhə xəttindən danışırıq. Çoxunun bu sərhəddin hansı uzunluqda olmasından  xəbəri yoxdur. Googleyə baxmayın, özüm deyirəm - 246 kilometr. Bu, kəmiyyət ölçüsüdür.  

Bəs, tale xətti cəbhə xətti ilə kəsişən şəxslərin yaşadıqlarının keyfiyyət parametrlərini  necə ölçək? Məsələn, ümidlərin, Vətən Sevgilərinin, yurdu işğaldan azad etmə arzularının... O sevgi ki, o olmasa cəbhə xəttində yaşamaq mümkün deyil.

SƏNGƏR ADAMLARI yaşayır o sevgini...

Əlbəttə, birinci SƏNGƏR ADAMI Azərbaycan Ordusunun  Ali Baş Komandanı cənab İlham Əliyevdir! 

Ad gününü cəbhə bölgəsində keçirməklə, ön  xəttdə  fəaliyyət göstərən hərbi və mülki şəxslərə diqqətiylə göstəririr bu sevgini.  Bu gün hərbiçilərimizin cəbhəboyu nümunəvi döyüş növbətçiliyi aparması  və rahat  məişət şəraitindən hamımız xəbərdarıq.  

SƏNGƏR ADAMLARI ilk növbədə cəbhə xəttindəki zabit, gizir, çavuş və əsgərlərdir (qəsdən geniş yazıram, hər bir hissəsini tanıyın ordumuzun) . Sonra ön xəttə bitişik kənddə, evdə, rayonda yaşayan “yerli sakinlər”, “məskunlaşmış məcburi köçkünlər “ dediyimiz insanlardır. 

Və nəhayət bizik – media orqanlarının cəbhə bölgə müxbirləri və operatorları...

BİZ  SƏNGƏR ADAMLARIYIQ

İstisnalar həmişə var.  Bu  dəfə yazımın qəhramanlarından biri özüməm. Azərbaycan milli mətbuatının 145 illik  yubileyi ərəfəsində və  ömrümün 50 ilinin astanasında  təvəzökrlıqdan uzaq olsa da, bunu yazmaq zərurətini hiss elədim.

Yazım  bu gün  Qarabağ bölgəsində qələmiylə və kamerasıyla “döyüşən”  jurnalistlər və operatorlarıi  - Şöhrət Eyvazov (İctimai Tv və “Hərbi And” qəzeti), Habil Aslanoğlunu (Lider və APA Tv) , Şamxal Adıgözəlovu (Xəzər TV), Pərviz İmranoğunu (Az TV), Daşqın Abdullayevi (Arb), Tahir Ağamməmədovu (AzərTAC) , Elnur Tofiqi (Lider Tv) , Emin Babayevi (Space),  Elgün Gəncimsoyu (ordu.az),  Musa Muradlını (sputnik.az) bölgədə fəaliyyətini dayandırmış Allahverdi Əsədovu, Şahin Rzayevi, Ramil İbrahimovu, Hafiz Abbasovu, Sənan Həsənoğlunu, Teymur Zahidoğlunu,  eləcə də operatorları - Vüsal Quliyevi (İTV), Elgün Qənbərovu (AzTv) , Vicay Vəliyevi (ATV), Loğman İsmayılov(Xəzər TV), Şamo Adığözəlovu (Space Tv), Ziya İsmayıloğlu və Elmin İsfəndiyarovu  (Lider TV) – eləcə də hal-hazırda çalışmayan Fərid Əsədov, İlqar Fərmanlını, Zaur Naibovu , Eldəniz Vəliyevi  və Fəxri Məmmədovu  bir daha xatırlamaq üçündür.

Romen Rollan deyir ki, “İnsanı özü yetişdirir, dostları tanıdır”. Lakin bunun üçün dostların da səni tanımasına ehtiyac olur çox vaxt, elə deyilmi?

Elə isə, əziz dostlar, yaxın oturun, danışaq. Jurnalist fəaliyyətimdə tamaşaçılara və oxucularla  çox adamı tanış eləmişəm, indi özümü tanıdacam. Çalışacam mübağiləyə yol verməyim – çətin olsa da. 

Özümün simamda bütün səngər adamlarına həsr edirəm

Tərcümeyi-hala hamı anadan olduğu yer və vaxt haqqında danışmaqla başlayır. Amma, mən bu  qaydanı pozaraq  bu gündən başlayıram tərcümeyi-halıma.

Hazırda İctimai Televizya və Radionun İnformaiya Departamentinin böyük redaktoru – Qarabağ müxbiri və “Hərbi And” qəzetinin müxbiriyəm. Hər iki media qurumu yaranan gündən ordayam – iş stajım  “Hərbi And”  qəzeti və  İctimai TV-nin mövcudluq tarixləriylə üst-üstə düşür.

Hərbi jurnalistikaya başlamağımdan 18 il keçir.

Bu gün cəmiyətimiz üçün səngər jurnalistikası, hərbi jurnalistika, ekstermal jurnalistika demək olar ki, gözə görünməz bir durumdadır. Ən azından, bir cəbhə müxbiri şou-biznes nümayədəsindən müqayisə olunmaz dərəcədə az tanınmaqdaır. Günah  və günahkar axtarmaq istəmirəm, bu tamamilə ayrı mövzudur.

Müharibə görənlər bilir. Əlisəfa Mehdi demişkən, “Kim müharibəni bir dəfə görübsə, müharibə onun üçün heç vaxt bitmir”.

“Bizi unutmazlar” - təsəllisi mənə Qarabağ müharibəsindəki  xeyli rastlaşdığımız vəziyyəti xatırladır. Döyüşdə sursat və ərzaq qutaranda: - “Ola bilməz ki, yaddan çıxaq”- mütləq kömək gələcək, deyirdik.

Qarabağ demişkən, mən jurnalist “təhsilimi” elə orda, döyüşdüyüm yerlərdə almışam. Bilənlər təsdiq edər, mənim o vaxtkı sorğularımı. Sabaha sağ çıxacağımıza ümidimiz az olsa da, nə vaxtsa bu qeydlərə ehtiyacım olcağını bilirdim.

Jurnailstikadan əvvəl hərbidə olduğuma görə, həmin illərin haqqında danışım bir az. 1993-cü ildə Azərbaycan Milli Bankında işimi yarımçıq qoyub, leytenant rütbəsiylə Azərbaycan Ordusunda xidmətə başladım.

Ən gərgin döyüşlərin getdiyi Tərtər-Ağdərə bölgəsində aktiv döyüş əməliyyatlarında artilleriya kəşfiyyatı zabiti kimi nümunəvi xidmət elədim. Atəşkəs dövründə Tərtərin Çaylı  və Qazaxın Fərəhli kəndlərində yerləşən  komandiri olduğum artilleriya bölməsi  yuxarı hərbi birləşmədə birinci yerə çıxdı. Türkiyədə hərbi təhsil zamanı öyrəndiklərim NATO standartlarına keçən zaman köməyimə çatdı. 

2001-ci ildə  cəbhə bölgəsində xidmətim nəzərə alınmaqla 20 il staj və kapitan rütbəsiylə ordudan tərxis olundum, Silahı Qüvvələrin təqaüdçüsüyəm. Qüsursuz xidmətim və müddətsiz verilən “Müharibə Veteranı” vəsiqəmlə fəxr edirəm.

Cəbhə bölgəsndə hərbi xidmətim dövründə sağlamlığımı itirdiyimə və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasından bunu təsdiq edən müvafiq sənədlər olmasına baxmayaraq, yenidən başlayacaq döyüş əməliyyatlarında iştirak edə bilmək üçün  əlillik statusu almadım.

2002-ci ildə tərxis olunmuş zabit dostlarımızla hərbi-vətənpərvrlik təbliğatçısı olan müstəqil media  orqanını -  “Hərbi And” qəzetini yaratdıq və bu gün də həmin qəzetlə əməkdaşlığım davam edir. Orduda içdiyim “Hərbi And” kimi bu “Hərbi And”a da sadiqəm.

2005-ci ildə isə İctimai Televiziyada işləmək arzumun rəsmi müraciəti müsbət qarşılandı. Yəqin ki, həm az-çox qəzetçilik təcrübəmi, həm də ehtiyatda olan kapitan olduğumu nəzərə aldılar və hərbi-vətənpərvərlik proqramı olan “Salam Əsgər” verilişində fəaliyyətə başladım. Yadımdadır, ilk süjetlərimizdən biri Ramil Səfərovun atasıyla  müsahibə idi. “Həqiqət necə varsa” müəllif proqramında İrəvana aid veriliş hazırladım. 2007-ci ildə həbsxanalardan hazırladığımz “Gözlə məni” verilişinin aparıcısı oldum.

2007-ci ilin avqustunda İctimai Televiziyanın rəhbərliyi cəbhə bölgəsində hərbi xidmətimi nəzərə alaraq, mənə Qarabağ bölgə müxbiri vəzifəsini təklif etdi. Çox həvəslə razılaşdım. Əslində bu, mənim Qarabağ bölgəsinə ikinci gəlişim idi. 1993-cü ildə ərazi bütövlüyümüz uğrunda döyüşlərdə iştirak üçün gəlmişdim. İndi isə silahı qələmlə əvəz etdim. Missiya eyniydir: Vətənə xidmət. 

2018-ci ilin sonunda mənə etimad göstərərək, İctimai Televizyanın İnformasiya departamentinə böyük redaktor təyin etdilər. Çalışdıq və çalışırıq ki, bu etimadı da doğruldaq.

Ötən müddətdə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı ilə güclənən ordu quruculuğu və “Ordumuzun Memarı” Heydər Əliyev irsininin təbliği ilə bağlı  müxtəlif layihələrin müəllifi olmuşam, eləcə də Qarabağ bölgəsinin  sosial-iqtisadi inkişafı  haqqında mütəmadi xəbərlər və süjetlər hazırlamışam. 

2003-cu ildə keçirilən prezident seckilərində “Gəncliyin secimi – İlham Əliyev” Ümumrespublika Gənclər Hərəkatında fəal iştirak etmişəm, 2008,, 2013, 2018, 2020-ci il seckilərində prosesin işıqlandırılmasında səylərim olub. 2018-ci ildə keçirilən prezdent seçkilərində “Respublika ərazisi üzrə jurnalist müşahidəçi” olmuşam.  

Heydər Əliyev Fondunun dəstəyi ilə “Hərbicinin qeyd və yaddaş kitabcası”, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Ordudan təxris olan gənclərə iş tapmaqda məsləhətlər” nəşrlərinn tərtibcisi, “Qərbi Azərbaycan salnamələri” kitabının  muəllifiyəm. 

2019-cu  ildə  Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən layihələr çərçivəsində “Ermənistanda Azərbaycan mənşəli toponimlərin dəyişdirilməsi tarixi faktlarla” kitabını hazırlamışam və “Ermənistanın Azərbaycana qarşı ekolji terroru” və “Marağa-150”  filmlərinin ssenari müəllifiyəm. 

Bundan başqa, ölkəmizdə elmin inkişafı üçün yaranan mühitdən bəhrələnərək elmi yaradıcılıqla da məşğulam. Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun fəlsəfə doktoru hazırlığı üzrə dissertantıyam və “İKT-nin inkişafının ictimai təhlükəsizliyə təsiri. Fəlsəfi aspekt” movzusunda elmi tədqiqat aparıram. 

Azərbaycanın informaisya təhlükəsizliyi ilə bağlı elmi məqalələrlə mətbuatda mütəmadi çıxış edirəm. Facebok sosial şəbəkəsində “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təbliğinə dəstək” səhifəsini yaratmışam.

Azərbaycan Respublikası Prezdenti möhtərəm İlham Əliyevin  sərəncamıyla 2015-ci ildə  “Tərəqqi" medalı, Azərbaycan Respublikası Prezdenti adından Müdafiə Nazirliyi tərəfindən 2013-cü ildə “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi”  və 2018-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi"  medallarıyla təltif olunmuşam. Eləcə də, “Fədai”, "Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirəsinə" medallarına və  müxtəlif  qurumlar tərəfindən diplom və Fəxri Fərmanlara  layiq  görülmüşəm.

Bunu da bildirmək istəyirəm ki, cəbhə bölgələrində hərbi xidmətim zamanı yaranan psixloji gərginliklər, eləcə də mənzil şəraitinin normal olmaması ucbatından həyat yoldaşım II qrup əlildir. 

Jurnalistlərə verilən əvvəlki evlər üçün o KİVDF-yə müraciət ünvanlasam da, cavab belə, verilməyib. İndiki -yeni KİVDF-uə də müraciət etmişəm. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamının icrasında səngər adamlarında unudulmayacağına ümid edirik.

İctimai Televiziya və Radionun İnformasiya Departamentinin böyük redaktoru,  

“Hərbi And” qəzetinin müxbiri, AMEA-nın Fəlsəfə İnstitutunun dissertantı,

 Qarabağ muharibəsi veteranı, ehtiyatda olan kapitan Şöhrət Eyvazov

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Eldar Həsənov kimdir? Xəbər verdiyimiz kimi, Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Maliyyə yoxlamaları zamanı onun tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Həmçinin oxu: DTX Səfir Eldar Həsənovu da tutdu Eldar Həsənov 1955-ci ildə Kəlbəcərin Laçı...
Siyasət
Rusiyanın Ermənistana silah verməsi tənqid olunub. Regionda sabitliyin və inkişafin mərkəzi olan Azərbaycanın torpaqlarının 20 %-i Ermənistanın işğalı altındadır. Azərbaycanın illərdir çözülməyən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün göstərdiyi diplomatik səylərin müqabilində, işğalçı Ermənistan yalnız təxribatçı addımlarla gündəmə gəlir. Özü də cəbhə xəttində yox, Azərbaycan-Ermənistan dövlət sərhədində. Təbii ki, Ermənistanın regionda sabitliyi...
Siyasət
Bakı və Ankaranın Qarabağ planı... “Türkiyə-Azərbaycan yaxınlaşması Rusiyanı qıcıqlandıracaq, öz ənənəvi siyasətini davam etdirəcək. Amma bu, əbədi olaraq belə qala bilməz. Rusiya buradakı maraqlarını güdürsə, o zaman bir sıra amillə hesablaşmalıdır”. Keçmiş diplomat, politoloq Fikrət Sadıqov belə düşünür. BakuCity.az  Fikrət Sadıqovun müsahibəsini təqdim edir. - Türkiyə və Azərbaycandan qarşılıqlı səfərlərin sayı artıb, elə bu günlərdə birgə irimiqyaslı h...
Siyasət
Rusiya son bir aya yaxın vaxtda fasiləsiz olaraq Ermənistana 400 tondan çox müasir hərbi texnika və vasitələr hədiyyə edib. BakuCity.az xəbər verir ki, bu proses Tovuzda aktiv döyüşlərin başladığı bir vaxtda başlayıb və hərbi yüklər Ermənistana gizli şəkildə çatdırılıb. Bütün bunlar isə Azərbaycanın Rusiya ilə əlaqələrə böyük diqqət ayırdığı, bu ölkədə böyük investisiya layihələri icra etdiyi bir vaxtda reallaşıb. Prezident İlham Əliyev Rusiya prezidenti i...
Cəmiyyət
Avqustun 13-də keçirilən qəbul imtahanlarının nəticələri açıqlanıb. Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanında istifadə olunan test tapşırıqlarının düzgün cavablarını açıqlayıb. BakuCity.az  II və III ixtisas qrupları üzrə qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavablarını (Azərbaycan və rus bölmələri) təqdim edir: II ixtisas qrupu (Azərbaycan bölməsi); II ixtisas qrupu (rus bölməsi);...
Kriminal
"Maqa" ləqəbi ilə tanınan Məhərrəm Hüseynov öldürülüb. Ukrayna paytaxtı Kiyevin Desnyanskiy rayonunda kriminal aləmdə "Maqa" ləqəbi ilə tanınan, Azərbaycan vətəndaşı, 1994-cü il təvəllüdlü, əslən Bakıdan olan Hüseynov Məhərrəm İzzət oğlu öldürülüb. BakuCity.az xəbər verir ki, hadisə rayon ərazisindəki bazarların biri ilə bağlı mübahisə zəminində baş verib. Artıq Desnyanskiy rayon polisi hadisəni törətməkdə şübhəli bilinən 4 nəfəri saxlayıb və rayon məhkəmə...
Cəmiyyət
BŞİH əhaliyə xəbərdarlıq edib. Avqustun 15-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq. Bu barədə BakuCity.az-a  Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib. "Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq...
Cəmiyyət
Karantin qaydalarına uyğun olaraq əhaliyə növbəti dəfə xəbərdarlıq edilib. Xüsusi karantin rejimi qaydalarına uyğun olaraq 15 avqust gecə 00:00-dan 17 avqust səhər saat 06:00-dək müntəzəm və ekspress xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq. BakuCity.az xəbər verir ki,bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. Bildirilib ki, 15 və 16 avqust tarixlərində isə müntəzəm və ekspress xətlər üzrə avtobuslar adi rejimdə fəaliyyə...
Cəmiyyət
Təhsil naziri Emin Əmrullayev vətəndaşlara müraciət edib. "COVİD-19 pandemiyası şəraitində növbəti tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin bərpası ilə bağlı hazırlanmış təkliflərə görə Azərbaycan Respublikasının Təhsil İnstitutuna təşəkkürümü bildirirəm". BakuCity.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bildirib. Emin Əmrullayev qeyd edib ki, qərarların verilməsində elmi tədqiqatlara əsaslanmaq verilən qərarların səmərəliliyini art...