Bakını dünyaya tanıdan qəsəbə - VİDEOREPORTAJ

Bakını dünyaya tanıdan qəsəbə - VİDEOREPORTAJ

Bakını dünyaya tanıdan qəsəbə turizm cənnətinə çevrilir.

Nefti ilə Azərbaycanı dünyaya tanıdan, yaxın zamanlara qədər isə baxımsız vəziyyətdə olan Balaxanıdan yolunuz düşsə, bəlkə də, gözlərinizə inanmayacaqsınız. 

BakuCity.az xəbər verir ki, qəsəbə küçələrində həyata keçirilən təmir işlərindən sonra Səfəvilər, Sabir və Dirçəliş küçələri dünyanın məşhur turizm ərazilərinə bənzədilib. 

Balaxanının yeni turizm marşrutu kimi müəyyənləşdirilməsi və turizm məkanına çevrilməsi üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Dövlət Turizm Agentliyi və “Bakı Abadlıq Xidməti” birgə əməkdaşlıq edəcək.

Burada turizm yönümlü sahibkarlığın, xüsusilə sənətkarlıq üzrə xalçaçılıq, dulusçuluq, milli geyimlərin hazırlanması, xidmət sektorunda kiçik iaşə obyektlərinin, hostellərin yaradılması, müxtəlif suvenir, keramik qablar, xalça, musiqi alətləri, şirniyyat satışı sahələri üzrə 100-ə yaxın kiçik obyektin fəaliyyəti təşkil olunacaq. (Baku TV)

BakuCity.az

Şərhlər