Bu gün Binəqədidə içməli suyun verilməsində məhdudiyyət olacaq.
Bakının Binəqədi rayonunda, 9-cu mikrorayondakı su şəbəkəsində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar bu gün mikrorayona və Zeytunluq ərazisinə içməli suyun verilməsində məhdudiyyət olacaq.
BakuCity.az xəbər verir ki, bu barədə “Azərsu” ASC-dən bildirilib.
Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.
BakuCity.az