Azərbaycanın baş epidemioloqu istefa verdi

Azərbaycanın baş epidemioloqu istefa verdi

İbadulla Ağayev Azərbaycanın baş epidemioloqu vəzifəsindən istefa verib.

BakuCity.az xəbər verir ki, bu barədə İ. Ağayev özü bildirib.

İ. Ağayev deyib ki, öz istəyi ilə ərizə yazaraq bu vəzifədən gedib:

“1976-cı ildən Azərbaycan Tibb Universitetində işləyirəm. 1992-ci ildən isə ATU-da professor, kafedra müdiriyəm. Həmçinin Əməkdar müəllim, Əməkdar elm xadimiyəm. 1991-ci il, ya da 1992-ci ildən ictimai əsaslarla baş epidemioloq oldum. İctimai əsaslarla işləyəndə heç kimə bunun müqabilində pul, maaş verilmir. Heç kim mənə heç nə deməyib. Sadəcə könüllü olaraq ərizə yazdım”. (APA)

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər