Abşeronda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BakuCity.az xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb.
Avtomobil yolu keçən 2010-cu il təvəllüdlü Ramazanov Taleh Natiq oğlunu vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ qamış sümüyünün açıq yerdəyişən sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır. (report)
BakuCity.az