Bakıya gələn mütəxəssislər Azərbaycandakı son vəziyyəti açıqladılar - VİDEO

Bakıya gələn mütəxəssislər Azərbaycandakı son vəziyyəti açıqladılar - VİDEO

Bakıya gələn mütəxəssislər Azərbaycandakı son vəziyyəti açıqlayıb.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Nazirlər Kabineti yanında Operativ Qərargaha göstərişinə uyğun olaraq yeni növ koronavirus (COVID-19) sahəsində çalışan bir qrup xarici mütəxəssis Azərbaycana gəlib.

Operativ Qərargahdan BakuCity.az-a verilən məlumata görə, COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətindəki tədbirlər çərçivəsində Rusiya və Türkiyədən gələn infeksion xəstəliklər üzrə mütəxəssislər, reanimatoloq və pulmonoloqlar hazırda Operativ Qərargahın tibbi heyəti ilə görüşlər keçirir, COVID-19 pandemiyasına qarşı görülən tədbirlər sahəsində təcrübə mübadiləsi aparılır.

Türkiyə Respublikasının Səhiyyə Nazirliyinin COVID-19 üzrə elmi heyətinin üzvləri, eləcə də Rusiya və Türkiyədən olan yüksəkixtisaslı həkimlər xüsusi rejimli xəstəxanalarda olacaq, xəstəliyin qarşısının alınması üçün yerli mütəxəssislərlə birgə müalicə və profilaktika sahəsində çalışacaqlar.

BakuCity.az

Azərbaycanda toylar icazə veriləcəkmi cemiyyet xebürleri xeberler baki bakiya gelen mütexessisler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər