Ölkənin baş infeksionisti: İnsanlar dənizə gedə bilməlidirlər

Ölkənin baş infeksionisti: İnsanlar dənizə gedə bilməlidirlər

“Dənizdə virus məhv olur, insanlar dənizə gedə bilməlidirlər".

“Təkcə vitamin D ilə bağlı deyil, ümumiyyətlə açıq havada olmaq insanın immun və sinir sisteminə müsbət təsir göstərir. Dənizdən müəyyən qaydalara əməl etməklə istifadə olunmalıdır. Bu qaydaları işləyib hazırlamaq lazımdır. İnsanlar dənizə gedə bilməlidirlər”.

BakuCity.az xəbər verir ki, baku ölkənin baş infeksionisti Cəlal İsayev deyib.

C. İsayev qeyd edib ki, dənizdə viruslar məhv olur. Bunun üçün də xarici ölkə təcrübəsi tez bir zamanda öyrənilməli və Azərbaycanda da tətbiq edilməlidir:

“Təbii ki, dənizdə də sıxlıq olacaqsa, məsafə gözlənilməyəcəksə, çətin olacaq. Dəniz kənarında oturarkən bunu gözləyəcəyiksə, bu zaman dənizə getmək təhlükə təşkil etmir. Dəniz suyunda viruslar çox qısa müddət qala bilir. Demək olar ki, yoluxdurma təhlükəsi olmur. Gərək bunun üçün mexanizm işlənib hazırlansın. Məsələn, Türkiyədə qeyd edilib necə və hansı məsafə saxlanılmalıdır”.

Qeyd edək ki, Azərbaycanda tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar çimərliklərdən istifadə qadağandır. (qazet.az)

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər