"Miss & Mister Azerbaijan 2020"nin final gecəsi "online" keçirilib.
"Miss & Mister Azerbaijan" Milli gözəllik müsabiqəsi 1996-cı ildən bəri tarixdə ilk dəfə Final mərhələsini online şəraitdə həyata keçirib.
Bununla bağlı BakuCity.az-a müsabiqənin xoreoqrafı və baş koordinatoru Ayla Mais məlumat veriv:
"Ölkənin ilk və rəsmi Milli gözəllik müsabiqəsi olan "Miss & Mister Azerbaijan -2020" 07.07.2020 tarixində, Azərbaycan Respublikası Nazirlər Kabineti Yanında Operativ Qərargahın tətbiq etdiyi karantin tələblərini pozmadan, distant şəkildə Final mərhələsini reallaşdırdı. Mövcud vəziyyətdə iştirakçı finalçılar paytaxt Bakıdan və Azərbaycanın digər bölqələrindən şəbəkəyə qoşularaq, münsiflər heyəti qarşısında çıxış etdilər".
Müsabiqənin münsiflər heyəti qismində "Miss & Mister Azerbaijan" Milli gözəllik müsabiqəsinin təsisçisi və baş təşkilatçısı, jurnalist, publisist Anelya Orduxanova, "Miss & Mister Azerbaijan" Milli gözəllik müsabiqəsinin xoreoqrafı və baş koordinatoru Ayla Mais, müsabiqənin koordinatoru və xoreoqrafı Hidayət Xəlilov, müsabiqənin Pr meneceri, psixoloq Səxavət Qabiloğlu iştirak ediblər:
"Models Production" xarici model şirkətinin nümayəndəsi də, onlayn şəkildə final mərhələsinə qoşularaq, iştirakçıların perfonmasını izlədi. Altı aydan çox davam edən (izolyasiya tətbirlərindən öncə) müsabiqədə finalçılar podium yerişi, peşəkar model, psixoloji və xarici dillər üzrə təlimlərdə iştirak etmək şansından yararlanaraq, bir çox biliklərə sahib olublar".
A. Mais qeyd edib ki, üç saatdan çox davam edən onlayn final mərhələsi zamanı münsiflər heyəti finalçıları təqdimat, podium bacarıqları və şəxsi keyfiyyətlərinə görə qiymətləndiriblər. Daha sonra ballar hesablanmaq üçün, nəticələri hesablama komitəsinə göndərilib.
Beləliklə, münsiflər heyətinin qərarına əsasən, nominasiyalara görə nəticələr aşağıdaki kimidir:
Miss Azerbaijan 2020 – Banu Şucai
I Vice Miss Azerbaijan 2020 – Leyla Məmmədova
II Vice Miss Azerbaijan 2020 – Rəhimə Abdullayeva
III Vice Miss Azerbaijan 2020 – Nigar Səlimli
Miss Baku 2020 – Mədinə Əhmədova
Miss Supermodel 2020 - Çinarə Əmirxanova
Miss Top Model İnternational 2020 - Şəbnəm Əliyeva
Miss Photo model 2020 – Günel Umarlı
Miss Grace 2020 – Aysu Nağıyeva
Miss Charm 2020 – Salatın Əsədova
Miss Catwalk 2020 – Umxanım Sadıxova
Miss Popular 2020 – Umxanım Sadıxova
Miss Smile 2020 – Nərgiz Nəsirli
Mister Azerbaijan 2020 – Elçin Dadaşov
I Vice Mister Azerbaijan 2020 – Elşən Heydərov
II Vice Mister Azerbaijan 2020 – Maqsud İsmayılov
III Vice Mister Azerbaijan 2020 – Özcan Qurbanov
Mister Baku 2020 – Məhəmməd Vəlizadə
Mister Supermodel 2020 – Seyidağa Hüseynli
Mister Photo Model 2020 – Fərid Xəlilov
Mister Style 2020 – Aslan Aslanlı
Mister Sport 2020 – Haşim Şovqatov
Mister Catwalk 2020 – Sərxan Zərbiyev
Mister Smile – 2020 – Nail Quliyev
Mister Popular 2020 – Özcan Qurbanov
"Ölkədə hökm sürən sərt izolyasiya şəraiti səbəbilə, təşkilat komitəsi qaliblərin taclandırma və mükafatlandırma mərasimini karantin müddətindən sonra keçirməyə qərar verilib", - deyə Ayla Mais əlavə edib.
Qeyd edək ki, müsabiqənin informasiya tərəfdaşı BakuCity.az saytıdır.