Bakıda karantin postları yenidən quruldu - RƏSMİ

Bakıda karantin postları yenidən quruldu - RƏSMİ

Bakıda yenidən karantin postlarının fəaliyyəti bərpa edilib.

BakuCity.az xəbər verir ki, səhər saatlarından paytaxtın bir neçə istiqamətində avtomobil yollarında avtomobillərin hərəkətinə nəzarət gücləndirilib.

Səhər saatlarından həmçinin şəhər ərazisində dayanacaqlarda, iri marketlərdə və küçələrdə də piyadaların hərəkətinə nəzarət gücləndirilib. Avtomobil yolları və küçələrdə nəzarətin şənbə və bazar günləri də olacağı bildirilir.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, zərurət yaranacağı təqdirdə sərt karantin elan olunan ərazilərdə şənbə və bazar günlərində yenidən karantin postları bərpa ediləcək.

"Əgər zərurət yaranarsa, həmin postlar yenidən qurulacaq. Əgər zərurət olmazsa, sadəcə marşrut postlarının fəaliyyəti kifayət edəcək. Bütün bunlar əhalinin təhlükəsizliyini təmin etmək, onların zərurət olmadığı halda evdən çıxmaması və COVİD-19 virusunun yayılmasının qarşısını almaq üçün atılan addımlardır. Əhali özünü qorumalı, virusun yayılmasının qarşısı alınmalıdır", deyə K. Əliyev bildirib.

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər