Dənizə getsəniz, koronavirusa yoluxa bilərsiniz.
"Düzdür, dənizə girmək və üzməklə insana virus keçmir. Amma sahildə insanların oturduqları və uzandıqları yerlərin məsafələrini təmin etsək belə, dənizdə insanlar yaxın üzəcək və çiməcəklər. Bu baxımdan onları koordinasiya etmək və nəzarət etmək çox çətindir".
BakuCity.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov deyib.
Nabil Seyidov əlavə edib ki, hazırda Bakı şəhərində yoluxma faizi yüksəkdir: "Bunu dəqiq bilməsəm də, demək olar ki, elə bir bina, qəsəbə, rayon yoxdur ki, orada koronavirusa yoluxan şəxs olmasın. Ona görə 100 adam dənizə gedərsə, onların içində mütləq şəkildə böyük ehtimalla koronavirusa yoluxacaq şəxs olacaq". (baku.ws)
BakuCity.az