Həkimdən tövsiyə: Testiniz neqativ çıxarsa, qan analizi verin

Həkimdən tövsiyə: Testiniz neqativ çıxarsa, qan analizi verin

Koronavirusa yoluxma şübhəsi olan insanlarda bəzən yalnız əlamətlər deyil, yaxma cavabı da çaşdırıcı vəziyyət yaradır.

BakuCity.az xəbər verir ki, bunu həkim Elnur Eldaroğlu deyib.

E. Eldaroğlu sözlərinə görə, yoluxma zamanı bədənin hərarəti 37.2-37.7, iy bilmə, dadbilmə itməsi, insanın daha əzgin və çox tərləməsi, davamlı spastik öskürək və təngnəfəslik müşahidə edilir:

"Bəzən bu əlamətlər olmayanda xəstəyə asimptomatik xəstə deyilir, amma məsələ bu deyil. Bir sıra hallarda döş qəfəsi tomoqrafiyası atipik pnevmoniyanı göstərdiyi və xəstədə 100% COVİD-19 virusunun əlamətləri olduğu halda yaxma analizinin nəticəsi neqativ çıxır. Bəzən isə xəstənin bütün cavablarının ideal olmasına baxmayaraq, analizin nəticəsi pozitiv olur.

Az maliyyə, kiçik bir qan analizi ilə vaxt itirmədən müalicəyə başlamaq olar. Əgər COVİD-19 testi (əsnəkdən və burundan) neqativ çıxıbsa, siz virusa yoluxduğunuzdan şübhələnirsinizsə, mütləq qanın ümumi analizini və CRP yəni c-reaktiv zülal analizini verin.

Bəzi göstəricilər özünü göstərəcək - qanda leykositlərin (WBC) miqdarı düşəcək, neytrofillər və EÇS (Eritrositlərin çökmə surəti) yüksək, limfopeniya (limfositlər) enəcək. Döş qəfəsinin kompüter tomoqrafiyası və qeyd edilən bu analizlərin nəticəsi insanda pnevmoniyanın olduğunu təsdiqləyir". (trend)

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər