Bakıdan bu ölkələrə uçmaq olar - SİYAHI / QİYMƏT

Bakı ilə bəzi ölkələr arasında uçuşların siyahısı və qiymətləri açıqlanıb.

Pandemiya səbəbindən yay aylarında sərhədlərin bağlanması bir çox insanın səfər, eləcə də istirahət planlarının ləğvinə gətirib çıxardı. Bəzi ölkələrarası sərhədlər açılsa da, Azərbaycan mövcud şəraitə görə sərhədlərini avqustun 1-inə qədər bağlı saxlayacaq. Sonradan beynəlxalq uçuşlarla bağlı hansı qərarın veriləcəyi isə ölkəmizdəki yoluxma sayının dinamikasından asılıdır. 

Buna baxmayaraq, Azərbaycan Hava Yolları (AZAL) vəziyyəti nəzərə alaraq və Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq təcili səfər etmək istəyən vətəndaşlar üçün xüsusi reyslər təklif edir. 

BakuCity.az xəbər verir ki, pandemiya şəraitində ölkə xaricinə necə səfər edə biləcəyinizlə bağlı kiçik araşdırma hazırladıq. 

Belə ki, hazırda Azərbaycandan 4 ölkə paytaxtına həftədə 1 və 4 dəfə olmaq şərti ilə müəyyən reyslər nəzərdə tutulub. Bu şəhərlər İstanbul, London, Berlin və son olaraq da qarşılıqlı marketinq razılaşmasına əsasən Minskdir.

Bəs bu reyslərdən kimlər və necə yararlana bilər?

Bu yaxınlarda Xalq artisti Miri Yusifin İstanbul xüsusi reysindən istifadə edərək istirahətə getməsi müzakirələrə səbəb olmuşdu. Məlumdur ki, biletlər satışa çıxarıldıqdan qısa müddət sonra ekonom sinfə aid olanlar satılıb tükənir. Biletlərin belə sürətlə tükənməsinin bir səbəbi tələbatın yüksək olmağıdırsa, digər səbəbi analoji olaraq bu işlə məşğul olan tur şirkətlərinin cəld tərpənərək müəyyən sayda biletləri kütləvi əldə etməsidir. Elə Miri Yusif özü də turizm şirkətinin köməyindən faydalandığını açıqlamışdı. 

Bildiyimiz kimi, pandemiya səbəbindən Azərbaycandan yerinə yetirilən reyslərin sərnişinlərindən TƏBİB tərəfindən akkreditasiya olunmuş laboratoriyalarda icbari qaydada testdən keçmək tələb olunur. Həmçinin digər ölkələrdən Azərbaycana uçuş zamanı koronavirus testinin mənfi nəticəsini təsdiq edən arayış təqdim etmək lazımdır. Əks təqdirdə sərnişinlər uçuşa buraxılmır. Koronavirus testinin keçirilməsini təsdiq edən arayış reysin uçuşundan ən gec 48 saat əvvəl alınmalıdır. 

Azərbaycandan təşkil olunan uçuşlarda iştirak edəcək sərnişinlər üçün testlər aşağıdakı klinikalarda aparılır:

- Referans kliniki laboratoriya mərkəzi;

- Leyla klinikası;

- Memorial klinikası

- Bona Dea xəstəxanası; 

- İnci laboratoriyası;

- Bakı Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi (XTİNM);

- Kaspian Hospital;

- UltraLab.

Bundan başqa, şirkət tələbələrə güzəştlərdən yararlanmaq şansı da təklif edir. Belə ki, İstanbul-Bakı, London-Bakı və yaxud Berlin-Bakı istiqamətində 30% güzəştdən istifadə etmək istəyən tələbələr aviabiletləri fərdi qaydada rəsmiləşdirməlidir.

Bakıdan nəzərdə tutulan uçuşlar üçün sərnişinlərə laborator testdən başqa xüsusi bir tələb qoyulmayıb.

İyul-avqust aylarında Azərbaycandan hansı ölkələrə və hansı qiymətlərlə uçmaq olar?

Yuxarıda qeyd etdiyimiz kimi, hazırda sadəcə 4 istiqamət (İstanbul, London, Berlin və Minsk) üçün xüsusi reyslər təçkil olunur.

Bakı-İstanbul-Bakı marşrutu

Artıq bir müddətdir ki, bu marşrut üzrə reysləri həyata keçirən AZAL aviareyslərin tezliyini artıraraq həftədə iki reysdən dörd reysədək qaldırıb (çərşənbə axşamı, cümə axşamı, şənbə və bazar günləri).

Tariflər avqustun sonunadək yerinə yetirilməsi planlaşdırılan xüsusi reyslərin satışı üçün tətbiq edilən tariflərlə analojidir. Belə ki, Bakı-İstanbul reysi üçün iyul ayına təklif olunan səfərlərin qiyməti ekonom sinfi üçün 381 AZN, yüksək xidmət sinfi üçün isə 1191 AZN nəzərdə tutulub.

Türkiyə Hava Yolları vasitəsilə isə təklif olunan qiymətlər ekonom sinfi üçün 391 AZN, yüksək xidmət sinfi üçün isə 1928 AZN-dir.

İstanbul-Bakı reysinə Azərbaycan vətəndaşları ilə yanaşı aşağıdakı şəxslər buraxılır:⠀

- Azərbaycanda akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri;

- Valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər;

- Azərbaycanda işləmək icazəsi olan əcnəbilər;

- Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər;

- Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr.

Həmçinin, Bakı-İstanbul reysinə biletləri Azərbaycan, Türkiyə və digər dövlətlərin vətəndaşları olan, həmin ölkələrə daxil olmaq hüququna malik olan şəxslər əldə edə bilər.

Bakı-London-Bakı marşrutu 

Azərbaycanın milli aviadaşıyıcısı iyulun 16-dan avqustun 27-dək həftədə bir dəfə (cümə axşamı) Bakı-London-Bakı marşrutu üzrə xüsusi reyslər yerinə yetirəcək.

Bu reys ilə Böyük Britaniyaya giriş hüququ olan sərnişinlər daşınacaq. Bundan əlavə, həmin ölkənin yeni qaydalarına əsasən uçuşdan 48 saat əvvəl https://www.gov.uk/provide-journey-contact-details-before-travel-uk saytında onlayn qaydada anket doldurulması tələb olunur. Qeyd edilən müddətdə anket doldurulmadığı halda Londonun "Hitrou" hava limanının miqrasiya orqanının əməkdaşları sərnişini 100 funt sterlinq məbləğində cərimə edə bilər.

London-Bakı reysinə Azərbaycan vətəndaşları və ölkəmizdə daimi yaşayış üçün icazəsi olan digər dövlətlərin vətəndaşları buraxılacaq.

Hava yolları şirkətinin saytında iyul və avqust ayları üçün Bakı-London və ya London-Bakı sərəflərinin qiyməti ekonom sinfi üçün  770 AZN, yüksək xidmət sinfi üçün isə 1539 AZN nəzərdə tutulub.

Bakı-Berlin-Bakı marşrutu

İyulun 17-dən etibarən isə AZAL Bakı-Berlin-Bakı marşrutu üzrə xüsusi reyslər həyata keçirməyə başlayacaq. Uçuşlar avqustun 28-dək həftədə bir dəfə - cümə günləri həyata keçiriləcək. Həmin marşrut üzrə aviabilet satışı xüsusi şərtlərə riayət edilməklə reallaşacaq. 

Bakı-Berlin reysi ilə Almaniyada daimi və ya müvəqqəti yaşamaq hüququ olan sərnişinlər (tələbələr daxil olmaqla), habelə Avropa İttifaqı ölkələrinin vətəndaşları daşınacaq.

Berlin-Bakı reysinə isə Azərbaycan vətəndaşları və Azərbaycanda daimi yaşayış üçün icazəsi olan digər dövlətlərin vətəndaşları buraxılacaq.

Hava yolları şirkətinin saytında iyul ayı üçün Bakı-Berlin və ya Berlin-Bakı sərəflərinin qiyməti ekonom sinfi üçün 603 AZN, yüksək xidmət sinfi üçün isə 1372 AZN nəzərdə tutulub.

Bakı-Minsk marşrutu

Son olaraq, AZAL-la marketinq tərəfdaşlığı əsasında iyul ayında "Belavia" aviaşirkəti Bakı-Minsk reyslərini həyata keçirəcək.

Belə ki, bu gündən etibarən uçuşların tezliyi həftədə iki dəfə - cümə və bazar günləri olmaqla ümumilikdə yeddi reys yerinə yetirilməsi planlaşdırılır.

Aviabiletləri həm www.azal.az saytında, həm də www.belavia.by saytından əldə etmək mümkündür.

Bakı-Minsk reysi ilə Belarusa giriş hüququ olan sərnişinlər daşınacaq. Minskdən transfer reysi ilə üçüncü ölkəyə gedən sərnişinlər təyinat ölkəsinin giriş qaydalarına əsasən reysə buraxılacaq.

Biletlərin qiymətlərinə gəldikdə isə yay aylarında Bakıdan təşkil olunan uçuşlar üzrə ən uyğun məbləğlər bu reyslər üçün təklif olunub. Belə ki, bilet qiymətləri iyul ayı üçün 680 manat nəzərdə tutulsa da, avqust ayında 296 manata ekonom sinfinə bilet tapmaq mümkündür.  (anews.az)

BakuCity.az

Şərhlər

Hadisələr
Bakı şəhərinin Nərimanov rayonunda "İveco" markalı iki sərnişin avtobusu toqquşub. BakuCity.az xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtobuslardan birində sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Qeyd edək ki, qəza nəticəsində yolda böyük tıxac yaranıb. Daha sonra yolda hərəkət birtərəfli bərpa olunub. Qəza etmi...
Cəmiyyət
Dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün sığorta stajı üç ildən bir ilədək azaldılır. BakuCity.az xəbər verir ki, bununla bağlı “İşsizlikdən sığorta haqqında” qanunun 13.2.2-ci maddəsinə dəyişikliyi nəzərdə tutan layihədə yazılıb.  Həmin maddəyə əsasən, işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı ü...
Cəmiyyət
"Azərbaycanda mağazaların yoluxma riskini artırması çox aşağıdır. Supermarketlərin içində insanların çox olmasına baxmayaraq bu dövrdə yoluxma artmayıb. Yoluxma yalnız sıx təmas açıq-aşkar olduqda arta bilir". BakuCity.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov deyib. N. Seyidov bildirib ki, paltar mağazalarının açılması bir çox ölkələrdə yoluxma sayının artmasına səbəb kimi göstərilmir:...
Cəmiyyət
Kanadada Koronavirusun ardından Salmonella virusu paniki başlayıb. BakuCity.az xəbər verir ki, Kanada Xalq Sağlamlığı Agentliyi, ABŞ-dan gətirilən qırmızı soğanın tərkibində Salmonella bakteriyası ola biləcəyini xəbərdar edib. Agentlik, iyun ayından bəri cəmi 5 ştatda bir çox hadisənin təsbit edildiyini və xəstəlik adətən 6 ilə 72 saat arasında təsir göstərdiyini bildirib. Qeyd olunur ki, bu virus daha dəhşətli ola bilər. (sonxeber.az) BakuCity.az
Cəmiyyət
Bakıda çimərliklərdəki yerlər üçün onlayn sifariş sistemi istifadəyə verilib. BakuCity.az xəbər verir ki,  test rejimində işləyən cimerlik.az portalına bu günə qədər ümumilikdə 1500 yer olmaqla Bakının Binəqədi, Qaradağ, Sabunçu, Səbail, Suraxanı və Xəzər rayonlarındakı çimərliklərin siyahısı (ümumilikdə 66 çimərlik) yerləşdirilib, həmin çimərliklərdəki yerlərin sayı qeyd olunub. Müvafiq yer seçildikdən sonra şəxsiyyət vəsiqəsinin FİN kodu ilə qeydiyyatdan...
Ekologiya
Bakıda 3 avqustda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz 26-29, Bakıda gecə 21-23, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təz...
Cəmiyyət
Paytaxtda COVID-19 partlayışı yaşanacaq. “Virusdan qorunmaq üçün aparıcı faktor qoruyucu vasitələrin istifadə olunması və sosial məsafənin gözlənilməsidir. Dünənki izdihamda minlərlə insan var idi, onların əksəriyyəti qoruyucu vasitələrdən istifadə etməmişdi, maska taxmamışdı, təbii ki, orda 2 m sosial məsafədən söhbət gedə bilməzdi, böyük sıxlıq yaranmışdı”. BakuCity.az xəbər verir ki, bu sözləri  açıqlamasında allerqoloq-pulmonoloq Ramin Nəriman Ordumuza...
Cəmiyyət
Ermənilərin Kanadada yaşayan həmvətənlərimizə qarşı təxribatı davam edir. BakuCity.az xəbər verir, Kanadanın ən böyük şəhərlərindən biri olan Torontonun "North York” bölgəsində 7 nəfər erməni 2 həmvətənimizə hücum edərək soydaşlarımıza soyuq silahlarla xəsarət yetiriblər. Bununla yanaşı, soydaşlarımızın avtomobilləri də yararsız hala salınıb. Şahidlərinin sözlərinə görə, ermənilərdə silah, kəsici alət və dəyənək olub. Hadisə ilə əlaqədar Toronto polisi əra...
Cəmiyyət
"Karantin rejiminin yumşaldılması ilə bağlı tələsmək olmaz". Üç gün sonra, avqustun 4-də Bakı və ölkənin daha bir çox yerlərində sərt karantin rejimi başa çatmalıdır. Ölkə paytaxtı və bəzi bölgələrdə karantinin sərtləşməsinə iyunun 21-dən başlanıb. Bu həftənin əvvəllərində gündəlik yoluxmada müəyyən artım yaşansa da, artıq koronavirusa yoluxanlardan aşkarlanan xəstələrin sayı təkrar azalmaqdadır. İyul ayının ortlarından etibarən isə Azərbaycanda sağalanlar...