Bakıda sabaha gözlənilən hava PROQNOZU

Bakıda sabaha gözlənilən hava PROQNOZU

Bakıda 11 iyulda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Arabir güclənən şimal-qərb küləyi əsəcək. 

Havanın temperaturu  Abşeron yarımadasında gecə 21-24,  gündüz  27-31, Bakıda  gecə 21-23, gündüz  28-30 dərəcə isti olacaq. 

Atmosfer  təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət 60-70 faiz təşkil edəcək.   

Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.  

Tibbi-meteoroloji proqnoz

İyulun 11-də  Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda havanın temperaturunun aşağı enməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən  əlverişlidir.

BakuCity.az

Şərhlər