Bakıda iki minik maşını toqquşdu - FOTO

Bakıda iki minik maşını toqquşdu - FOTO

Bakıda avtomobil dövlət idarəsinin binasına çırpılıb.

BakuCity.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında Nəsimi rayonu, Dilarə Əliyeva və Rəsul Rza küçələrinin kəsişməsində baş verib. 

Qəza zamanı 10-HU-530 dövlət nömrə nişanlı BMW və 99-AZ-266 dövlət qeydiyyat nişanlı “Volkswagen” markalı avtomobillər toqquşub. 

Qəzadan sonra “Volkswagen” Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin binasına, BMW isə dövlət idarəsinin yaxınlığındakı mühafizə xidmətinə məxsus köşkə çırpılıb. 

Hadisə nəticəsində xəsarət alan olmayıb. (oxu.az)

Bakıda iki minik maşını toqquşdu - FOTO, fotoşəkil-1 Bakıda iki minik maşını toqquşdu - FOTO, fotoşəkil-2 Bakıda iki minik maşını toqquşdu - FOTO, fotoşəkil-3

BakuCity.az

Şərhlər