Azərbaycanda koronavirusa yoluxma sayı artmaqda davam edir.
Xəbər verdiyimiz kimi iyulun 9-da 548 nəfər koronavirusa yoluxub, 491 nəfər sağalıb. 5 iyuldan başlayaraq saat 06:00-dan 20 iyul saat 06:00-dək Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində xüsusi karantin rejimi tədbiq edilməkdədir. Sağalanların sayında artım müşahidə olunsa da, gündəlik yoluxanların sayı hələ də 500-dən yuxarıdır.
Yoluxmanın sayı azalmasa, bazar günündən iyulun 20-nə kimi 1 həftəlik komendant saatı tədbiq edilə bilərmi?
BakuCity.az xəbər verir ki, bununla bağlı millət vəkili Cavid Osmanov bildirib.
Deputatın qeyd edib ki, sərt karantin rejimi tədbiq edilən zaman yoluxma sayının 500-dən aşağı düşməsi gözlənilirdi:
"Yenə də yoluxanların sayı 500-dən çoxdur. Sərt karantin rejimi tədbiq edilən zaman gündəlik yoluxma 600-ə yaxınlaşmışdı. Son bir neçə gündə yoluxanların sayında azalma müşahidə olunur. Beynəlxalq təcrübə onu göstərir ki, sərt karantin rejiminin tətbiqi dərhal nəticə vermir, bir müddət sonra özünün müsbət nəticəsini göstərir.
Sərt karantin rejimi tədbiq edilməsəydi, daha ciddi fəsadlarla üzləşə bilərdik. Yoluxma sayı azalmasa, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən gedişata müvafiq qərar qəbul edə bilər. Təbii ki, Qərargah qərar verərkən gündəlik yoluxanların, sağalanların, ölənlərin artma-azalma dinamikası və virusun yayılma coğrafiyası dərindən analiz edilir.
Vəziyyəti nəzərə alaraq son bir həftədə karantin rejimi daha da sərtləşdirilə bilər. Fövqəlada vəziyyətin elan edilməsi də istisna deyil", - deyə C. Osmanov bildirib. (sonxeber.az)
BakuCity.az