Bakıda bütün ictimai nəqliyyatın fəaliyyəti dayandırıldı

Bakıda bütün ictimai nəqliyyatın fəaliyyəti dayandırıldı

Bu gün saat 00:00-dan etibarən bütün ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır.

BakuCity.az xəbər verir ki, bu məhdudlaşma aşağıdakı tarixlərə şamil ediləcək:

11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək;

18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək. 

Xatırladaq ki, Bakı ilə yanaşı, Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax, Goranboy, Göygöl şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılıb.

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər