Koronavirusun yayılma sürəti iki dəfə artıb

Koronavirusun yayılma sürəti iki dəfə artıb

SARS-CoV-2 koronavirusunun yayılma sürəti may göstəriciləri ilə müqayisədə iki dəfə artıb.

BakuCity.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

Əvvəlki aylarda koronavirusa yoluxma hallarının həftəlik artımı azalmışdı, ancaq son günlər yenidən artım qeydə alınıb. 

ÜST rəhbəri iyulun 10-da sutka ərzində rekord sayda yoluxma halı (228 mindən çox) oluğunu bildirib.

Qebreyesusun sözlərinə görə, xəstəliyin ən böyük ocaqları Amerika, Afrika və Asiya ölkələrindədir. 

Yaz aylarında koronavirusun yayılmasının qarşısının almağın mümkün olduğu Avropada isə yeni kütləvi yayılma halları başlayıb.

ÜST rəhbəri bununla belə, epidemiyanın pik həddinin hələ qarşıda olduğunu vurğulayıb. (TASS)

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər