Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BakuCity.az xəbər verir ki, hadisə dünən axşam, Sabunçu rayonunda qeydə alınıb.
Avtomobil 9 yaşlı Yusubova Aysu Əlihuseyn qızını və 8 yaşlı Yusubova Rüqəyya Bayandur qızını vurub.
Azyaşlılar təcili yardım avtomobili ilə 3 nömrəli Şəhər Klinik Xəstəxanasına aparılıblar. Onlara qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Yaralıların vəziyyəti ağırdır. (report)
BakuCity.az