Rusiyanın 22 həkimi Azərbaycana gəldi

Rusiyanın 22 həkimi Azərbaycana gəldi

Moskvadan növbəti çarter reysi yerinə yetirilib.

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) iyulun 12-si Moskvadan növbəti çarter reysi yerinə yetirib.

BakuCity.az xəbər verir ki, Heydər Əliyev Fondunun dəvəti ilə həmin reyslə Bakıya 22 rusiyalı həkim gətirilib.

Rusiyalı həkimlər Azərbaycan Respublikasının tibb işçiləri üçün məsləhətləşmələr aparacaq, xüsusi problemli bölgələrdə tibbi xidmətin göstərilməsi işinin təşkilinə köməklik göstərəcək, respublikada epidemioloji vəziyyəti sabitləşdirmək üçün ambulator və xəstəxana mərhələlərində koronavirus infeksiyasının müalicəsi ilə bağlı Rusiya təcrübəsi və yanaşmaları ilə bölüşəcəklər.

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər