AZAL iyulun 12-si Moskvadan 233 sərnişinlə növbəti çarter reysi yerinə yetirib.
BakuCity.az xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.
Məlumata görə, "Airbus A340" hava gəmisi ilə Azərbaycan vətəndaşları Vətənə çatdırılıb.
Yalnız reysdən əvvəl 48 saat ərzində koronavirus COVID-19-a dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılıb.
Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır. ⠀
AZAL-ın çarter reysləri Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilir.
Qeyd edək ki, Heydər Əliyev Fondunun dəvəti ilə qeyd olunan reyslə Bakıya 22 Rusiyalı həkim də gətirilib. Bu həkimlər koronavirus pandemiyası ilə mübarizədə kömək göstəcəklər.
BakuCity.az