Azərbaycanda gəminin 19 heyət üzvü koronavirusa yoluxdu - YENİLƏNİB

Azərbaycanda gəminin 19 heyət üzvü koronavirusa yoluxdu - YENİLƏNİB

Azərbaycanda gəminin 19 heyət üzvü koronavirusa yoluxub.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “Qurban Abbasov” kran-montaj gəmisinin 19 heyət üzvünün COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.

BakuCity.az xəbər verir ki, Xəzər dənizində neft buruqlarının tikintisi üzrə ixtisaslaşmış gəmidə işçilərin bəzilərinin bədəninin temperaturu yüksəlib və bundan sonra bütün heyət üzvlərindən koronavirus üçün yaxma nümunələri götürülüb.

Məlum olub ki, 35 heyət üzvündən 19-u koronavirusa yoluxub.

Xəstələr Bakı Atletlər Kəndində müalicəyə cəlb olunublar.

Vəziyyəti nisbətən ağır olan dənizçilər isə Cəlilabad və Astara Rayon Mərkəzi Xəstəxanalarına göndəriliblər. (report)

***

Məsələ ilə bağlı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” açıqlama yayıb.

BakuCity.az xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.

https://www.bakucity.az/news

Məlmata görə, "Qurban Abbasov" kran gəmisində yoluxan heyət Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə aid deyil:

"Bu gün "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nə ( ASCO) aid "Qurban Abbasov"  kran gəmisində heyətin koronavirus xəstəliyinə yoluxması haqqında məlumat dərc olunub. Qeyd edək ki, gəmi ASCO-ya aid  olsa da, alyans müqaviləsi çərçivəsində uzunmüddətli "Caspian Marine Services" (CMS) şirkətinə icarəyə verilib. Həyət də həmin şirkətə aiddir". 

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər