Koronavirusu müalicə edən preparat budur - QİYMƏT

Koronavirusu müalicə edən preparat budur - QİYMƏT

Hazırda koronavirusu müalicə edən yeganə təsdiq olunmuş preparat “remdesivir”dur.

BakuCity.az xəbər verir ki, hidroksixloroxin, kaletra, arbidol (umifenovir), afludol (umifenovir), favipiravir kimi preparatlar koronavirusu nəinki müalicə etmir, onlardan bəziləri hətta əks təsirlərə səbəb olur.

Belə ki, hidroksixloroxin ürək-damar sistemində ağır fəsadlar yarada bilir. Xüsusilə bu ürək xəstəlikləri olan, yaşlı insanlara aiddir.

Epidemiyadan əvvəl 6-7 manatlıq arbidol indi defisit olub və bəzi məlumatlara görə “qara bazar”da 45-100 manat arası satılır.

Koronavirusa qarşı heç bir effektivliyi sübut olunmamış preparat favipiravir isə, sosial şəbəkələr istifadəçilərinin məlumatlarına görə hətta 700-1000 manata satılır.

Yaponiyada aparılmış son araşdırmalar göstərib ki, favipiravir koronavirusa qarşı effektiv deyil və hamilə qadınlar üçün olduqca təhlükəlidir. 

Hazırda koronavirusa qarşı effektli olan yeganə preparat “remdesivir”dir.

Bu preparat bütün dünyada defisitdir və onun bir ampulun qiyməti 390 dollar təşkil edir. Xəstələrin əksəriyyətinə 6 ampul tələb olunur.  (saglamolun.az)

BakuCity.az

Şərhlər