ÜST-dən koronavirusla bağlı qorxunc XƏBƏRDARLIQ

ÜST-dən koronavirusla bağlı qorxunc XƏBƏRDARLIQ

"Virus bir nömrəli düşmən olaraq qalır, amma bir çox hökumət və xalqların davranışı buna adekvat deyil".

BakuCity.az xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus deyib.

Onun sözlərinə görə, təməl prinsiplər nəzarətdə saxlanılmazsa, bu infeksiyada vəziyyət pisləşəcək, pisdən də pis olacaq:

"Virusla bağlı əsas məqsəd yoluxmuş insanları aşkarlamaqdır. Ancaq ayrı-ayrı liderlərdən eşidilən fərqli mesajlar ən önəmli olan təhlükəsizlik məsələlərini kökündən baltalayır".

Tedros Adhanom Qebreyesus ölkə rəhbərlərini, hökumətləri və bütün insanları infeksiyanın yayılma zəncirini qırmağa səsləyib:

"Sizinlə açıq danışmaq istəyirəm. Yaxın gələcəkdə əvvəlki kimi normal vəziyyətə qayıdış mümkün olmayacaq. Ancaq infeksiyanı nəzarətdə saxlamaqla həyatı davam etdirməyə imkan verən bir yol xəritəsi var. Bu, ölüm səviyyəsinin düşürülməsi, yoluxma sürətinin azaldılması, fərdi tədbirlərin görülməsi və əhatəli strategiyanı tətbiq edən iqtidarın fəaliyyətidir". (teleqraf.com)

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər