Döyüş bölgəsində olan Qənirə Paşayeva yaralandı

Döyüş bölgəsində olan Qənirə Paşayeva yaralandı

Tovuzun Dondar Quşçu kəndində olan millət vəkili Qənirə Paşayeva qolundan yaralanıb.

BakuCity.az xəbər verir ki, bu barədə Q.Paşayeva özü dünən məlumat verib.

"Ermənilər dinc insanları atəşə tuturlar. Kəndəydik, atdılar, başımızın üstündən keçdi. Elə bildim, uşaqlara dəydi, arxaya çevriləndə qolum da altımda qaldı. Belə bir pis düşmənlə üz-üzəyik. Koxa Nəbi kəndində evimizi vurublar.

Bizim igidlər oğlanlarımız düşməni vurmaq üçün canlarını fəda edirlər. Onların qarşısında baş əyirik” – Q.Paşayeva bildirib.

Q.Paşayevanın qoluna sarğı qoyulub. (azxeber.com)

BakuCity.az

Şərhlər